Sosial
Anti-sanitar şəraitdə fəaliyyət göstərən toyuq sexi aşkarlandı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Samux rayonunun Nəbiağalı qəsəbəsində qanunsuz fəaliyyət göstərən quş emalı sexinə baxış aşkarlayıb.
Agentlikdən Publika.az-a verilən məlumata görə, baxış zamanı sexin qeyd olunan ünvanda heç bir dövlət qeydiyyatı olmadan gecə saatlarında qanunsuz fəaliyyət göstərdiyi və baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab vermədiyi müəyyən edilib.
Belə ki, qanunsuz emal sahəsində heç bir texniki-normativ tələblərə əməl edilmədən kustar üsulla toyuqların kəsildiyi, daha sonra anti-sanitar şəraitdə tükdən təmizləndiyi və uzun müddət su il doldurulmuş natəmiz vannalarda saxlanıldığı aşkarlanıb. Həmçinin baxış zamanı sexdə kəsilən toyuqların qanının sanitar-gigiyenik normalara zidd olaraq kanalizasiya xəttinə axıdıldığı məlum olub.
Eyni zamanda müəssisədə toyuqların saxlanılması üçün hər hansı bir soyuducu kameranın (anbar) olmadığı, toyuqların polietilen torbalara yığılaraq döşəmədə saxlanıldığı və daha sonra normativlərə cavab vermədən daşındığı məlum olub.
Faktla bağlı ekspertizanın aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Emal sahəsində araşdırmalar davam edir.
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı










.jpg)


























.jpg)

.jpg)