Sosial
Ağdam rayonunda yeni bulağın açılışı oldu
Quzanlı qəsəbəsində “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin təşəbbüsü və maliyyə dəstəyi, həmçinin Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə tikilən bulağın və yeni qazılan subartezian quyusunun açılışı olub.
Rayon ictimaiyyətinin və qəsəbə sakinlərinin iştirak etdiyi mərasimdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə Əsədova, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu, rayon Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılov və başqaları çıxış edərək, sakinləri subartezian quyusunun və bulağın istifadəyə verilməsi münasibətilə təbrik edib, xeyriyyə tədbirini yüksək qiymətləndiriblər. Bildirilib ki, bundan əvvəl də Ağdam rayonunun Quzanlı, Bənövşələr qəsəbələrində və Əhmədağalı kəndində İctimai Birlik tərəfindən qazılmış subartezian quyuları və bulaqlar istifadəyə verilib.
Qəsəbə sakinləri xeyirxah işə görə təşkilatçılara təşəkkür ediblər.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
