Sosial
Dənizdə çalışan neftçilərin növbə dəyişməsinə başlanıldı - FOTO
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin (İB) dəniz obyektlərində xidmət göstərən neftçilərin növbələri dəyişdirilir.
İB-dən Publika.az-a verilən məlumata görə, artıq dəniz obyektlərində 15 gündən çox qalan işçilərin növbə dəyişməsinə başlanılıb.
Belə ki, xüsusi ayrılmış karantin zonalarına yerləşdirilən işçilər həkim yoxlamalarından keçdikdən sonra qrup halında dənizə yola düşürlər. Bu günə kimi dəniz obyektlərində xidmət aparan təxminən 700 işçi növbə dəyişib. Proses mərhələli şəkildə davam etdirilir.
Qeyd edək ki, virusun yayılmasına qarşı “Azneft” İstehsalat Birliyində qabaqlayıcı tədbirlər görülür. SOCAR prezidentinin əmrinə əsasən, İstehsalat Birliyinin idarəetmə aparatında koronavirus pandemiyasının yayılmasının vaxtında qarşısının alınması, lazımi-zəruri profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə yaradılan fövqəladə əksepidemik qərargah hazırda tam gücü ilə öz fəaliyyətini davam etdirir. Həftənin 7 günü, sutkanın 24 saatı ərzində daxil olan müraciətlər araşdırılır və operativ qərarlar verilir. İB-də koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün zəruri olan bütün addımlar atılır, profilaktik tədbirlər daha da gücləndirilir, mövcud vəziyyət daim nəzarət altında saxlanılır.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)




















.jpg)

.jpg)