Sosial
Qaydalara əməl olunmasa, koronavirusun ikinci dalğası gələ bilər - Deputat
“Vətəndaşlar karantin rejiminin yumşaldılmasını təhlükənin tam yoxa çıxması kimi başa düşməməlidir”.
Bu barədə Publika.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Deputat qeyd edib ki, yumşalma addımlarından sonra gündəlik həyatda böyük hərəkətlilik yarandı: “Bu, iş yerlərinin açılması, sosial-iqtisadi münasibətlərin qismən canlanması baxımından yaxşı olsa da, epidemiyanın daha kütləvi şəkildə yayılmasına səbəb ola bilər”.
Deputat ikinci dalğa təhlükəsinin mövcud olduğuna diqqət çəkib.
“Bəzi məhdudiyyətlərin aradan qaldırılması ikinci dalğanın yaşanması təhlükəsini artırır. İnsanlar bilməlidir ki, koronavirus xəstəliyi uzunmüddətli prosesdir. Bu səbəbdən mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir. Vətəndaşlar öz sağlamlığını qorumaq üçün sosial məsafə saxlamağa davam etməli, şəxsi gigiyenaya əməl etməlidir. Pandemiyaya qalib gəlməyin yeganə yolu həmrəy olmaq və qoyulan qaydalara əməl etməkdir”, - S.Vəliyeva qeyd edib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
