Sosial
Parlamentin yeni mətbuat katibi kimdir? - DOSYE
Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlunun vəzifədən azad edilməsi və onun yerinə spikerin digər sərəncamı ilə Elnar Məmmədlinin təyin olunması barədə xəbər vermişdik.
Publika.az xəbər verir ki, Elnar Məmmədli bu təyinatadək AzTV-də çalışıb. O, Dövlət Televiziyasında Beynəlxalq əlaqələr departamentinin rəhbəri vəzifəsini tutub.
Milli Məclisin yeni mətbuat katibi Elnar Məmmədlinin tərcümeyi- halını təqdim edirik.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Elnar Baləhməd oğlu Məmmədov (Elnar Məmmədli) 26 may 1978-ci ildə Neftçala şəhərində anadan olub. 1985-1995-ci illərdə Neftçala şəhəri 1 saylı orta məktəbində orta təhsil alıb. 1995-1999-cu illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində Beynəlxalq Jurnalistika ixtisası üzrə bakalavr və 1999-2001-ci illərdə isə magistr pilləsində təhsil alıb. 1998-ci ildə Fransa Respublikasının Paris şəhərində yerləşən CİES- Xarici Tələbələrin və Stajçıların Tədris Mərkəzinin tabeliyindəki CİFAP departamentində “Xüsusi jurnalistika” ixtisası kurslarında oxuyub. Həmçinin BBC-nin Bakıda təşkil etdiyi xüsusi televiziya jurnalistikası kurslarını müvəffəqiyyətlə bitirib.
1996-cı ildən AzTV ilə əməkdaşlıq edən Elnar Məmmədli 1998-ci ildə dövlət televiziyasının “Xəbərlər” baş redaksiyasının “Xarici informasiya” şöbəsində redaktor vəzifəsinə işə qəbul olunub. O illərdə “Həftə” analitik-informasiya proqramında şərhçi kimi siyasi, beynəlxalq münasibətlərin müxtəlif istiqamətləri üzrə analitik məzmunlu şərhlər hazırlayıb. Həmin illərdə AzTV-nin xətti ilə ezam olunduğu xarici ölkələrdən reportajlar hazırlayıb. Xüsusi ilə də 2001-2003-cü illərdə Azərbaycanın Avropa Şurasına üzv qəbul olunduğu ilk vaxtlarda Strasburqdan hazırladığı reportajlarla tamaşaçıların diqqətini cəlb edib.
2003-cü ildə AzTV-nin Rusiya Federasiyası üzrə bürosunun müdiri vəzifəsinə təyin olunub. 2008-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsində şöbə müdirinin müavini vəzifəsinə təyinat alıb. 2011-ci ildə isə o, mərkəzi Fransanın Strasburq şəhərində yerləşməklə Azərbaycan Televiziyasının Qərbi Avropa ölkələri üzrə bürosunun müdiri vəzifəsinə təyin edilib.
2018-ci ildə AzTV-nin “İctimai-siyasi proqramlar və xarici xəbərlər” studiyasının direktor müavini vəzifəsinə keçirilib. 2020-ci il fevral ayının 3-də Azərbaycan Televiziyasının Beynəlxalq əlaqələr departamentinin rəisi vəzifəsinə təyin olunub. Son bir ildə tamaşaçılar Elnar Məmmədlini həm də AzTv-nin “Günün nəbzi”, “Əsas məsələ” və “Hədəf” verilişlərinin aparıcısı kimi də televizya ekranlarda görürlər.
Ana dili ilə yanaşı ingilis, fransız, rus və türk dillərini də bilir.
Ailəlidir, iki övladı var.
-
MDB10:45Ermənistanda niyə ət böhranı yaranıb? - İlginc səbəblər
-
Sosial10:35Turizmdən ən az gəlir əldə edən ölkə Azərbaycandır – Dəyişiklik olacaq?
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video







.jpg)

.jpg)





















