AQSİA Prezidentin çağırışına qoşuldu
Bizi izləyin

Sosial

AQSİA Prezidentin çağırışına qoşuldu

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvləri Prezidentin çağırışına qoşulub.

Publika.az xəbər verir ki, bəlli olduğu kimi, iyul ayının 12-də Ermənistan hərbi qüvvələri dövlət sərhədimizi pozaraq Tovuz rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini müxtəlif tipli silahlardan atəşə tutaraq növbəti hərbi təxribata əl atdılar:

"Azərbaycan Ordusunun təxirəsalınmaz və adekvat tədbirləri nəticəsində erməni hücumunun qarşısı qətiyyətlə alınıb. Erməni tərəfi ciddi itkilər verərək geri çəkilməyə məcbur olub. İyulun 12-dən bəri eyni istiqamətdə davam edən şiddətli döyüşlərdə düşmənin döyüş imkanlarına ciddi zərbə vurularaq, böyük sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilib. Əlbəttə, zəfər olan yerdə itki də labüddür. Çox təəssüf ki, qəhrəman hərbçilərimizi, igid döyüşçülərimizi itirdik, analarımızın, övladlarımızın gözü yaşlı qaldı. Amma əminik ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Dövlətimizin, Ali Baş Komandanın əzmlə həyata keçirdiyi siyasət torpaqlarımızın hər qarışının düşmən tapdağından azad olunacağı günü hər dəqiqə yaxınlaşdırır.

Cənab Prezident! Bütün dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığı bu dönəmdə ölkəmizdə amansız xəstəliyə, gözəgörünməz düşmənə qarşı vaxtında gördüyünüz qabaqlayıcı tədbirlər, operativ şəkildə qəbul etdiyiniz düzgün qərarlar xalqımızı bu vəziyyətdən az itkilərlə çıxaracağına əminlik yaradıb. “Biz birlikdə güclüyük” devizi altında gördüyünüz işlər - hər an xalqın yanında olmağınız, gərgin iş rejiminiz, gördüyünüz sosial tədbirlər, əhaliyə göstərilən dəstək, verilən yardımlar, qısa müddətdə qurulan xəstəxanalar, maska, spirt istehsalı müəssisələri - bu problemdən tez və daha az zərərlə qurtulmağı şərtləndirən faktorlardır. İki düşmənlə eyni vaxtda uğurla mübarizə aparmaq böyük liderlərin taleyidir, alın yazısıdır.

Əlbəttə, ölkəmizin qərb bölgəsində baş verənlər bir vətəndaş kimi biz sahibkar xanımları da həm narahat edir, həm də ZƏFƏR gününü qed etməyə ruhlandırır. Tovuz istiqamətində mənfir düşmənin təxribatına verilən cavabla başlayan şiddətli döyüşlər xalqımızı bir nəfər kimi ayağa qaldırdı. Ordumuza dəstək vermək müharibə şəraitində olan ölkənin hər bir vətəndaşının borcudur. Xalqımızın bu məqsədlə küçələrə axışması qürurvericidir. Sizin Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə döyüşdə iştirak etmək istəyənlərə etdiyiniz müraciət bütün xalqımız üçün çağırışdır. Bir vətəndaş kimi bu çağırışa qoşulan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA-nın) sıralarında birləşən yüzlərlə sahibkar xanımlar olaraq hər an dövlətimizə, ordumuza xidmət göstərməyə hazırıq. Assosiasiyamızın üzvləri iqtisadiyyatın ən müxtəlif sahələrində uğurla təmsil olunan xanımlardır. Qida sənayesində, tibb sahəsində fəaliyyət göstərən, strateji məhsulların istehsalı ilə məşğul olan müəssisə sahibləri olan bizlər hər an DÖVLƏTİMİZİN, ORDUMUZUN yanındayıq!

Cənab Ali Baş Komandan! Tarixin bu məsuliyyətli dönəmində biz - AQSİA üzvləri torpaqlarımızın işğaldan azad olunması, əhalinin təhlükəsizliyinin təmin olunması, erməni terroristlərinin bütün təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyiniz siyasəti dəstəkləyir və Birliyimiz, Vətənimiz, Torpaqlarımz yolunda bir əsgər kimi əmrinizə tabeyik!".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm