Sosial
2600 nəfərin əlilliyi saxta çıxdı - Nazirlik ləğv etdi
Əlilliyin qiymətləndirilməsi sisteminin şəffaflaşdırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən görülən tədbirlər 2020-ci ilin ötən dövründə davam etdirilib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, müvafiq işçi qrupu tərəfindən xəstəlik sənədləri şübhə doğuran əlillik təyinatları üzrə aparılan araşdırmalar zamanı daha 2 min 600 əlillik təyinatının reallığı əks etdirməyən saxta tibbi sənədlərlə tərtib olunmuş əsassız göndərişlər əsasında aparıldığı aşkar edilib.
Həmin əlillik təyinatları ləğv olunub və təyin olunan sosial təminat növləri üzrə ödənişlər dayandırılıb. Bunun da nəticəsi olaraq, büdcə vəsaitinin həmin ödənişlər üzrə qeyri-qanuni istiqamətə xərclənməsinin qarşısı alınmaqla, illik 9,5 milyon, ümumi gözlənilən xərclər üzrə 225 milyon manat dövlət vəsaitinə qənaət edilib.
Ümumilikdə isə son iki ildə aparılan araşdırmalar nəticəsində 6 min 300 əlillik təyinatının əsassız göndərişlər əsasında aparıldığl aşkar olunaraq ləğv edilib. Nəticədə illik 29 milyon, ümumi gözlənilən xərclər üzrə 735 milyon manat büdcə vəsaitinə qənaət olunub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
