Sosial
250 ailə üçün bağ təsərrüfatları salınacaq - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə həyata keçirdiyi “Sosial Bağlar” layihəsi çərçivəsində bu il daha 250 aztəminatlı ailə üçün intensiv bağ təsərrüfatları salınacaq.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, özünüməşğulluq proqramına dəstək məqsədilə icra olunan layihə bağçılıq üçün əlverişli şəraiti olan 16 rayonu (Astara, Balakən, İsmayıllı, Lənkəran, Oğuz, Qəbələ, Quba, Qusar, Şabran, Şamaxı, Şəki, Şəmkir, Siyəzən, Xaçmaz, Yevlax, Zaqatala) əhatə edir.
Həmin rayonlarda mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub digər məşğulluğu olmayan şəxslər qeydiyyatdan keçmək üçün müvafiq ərazi məşğulluq mərkəzinə müraciət edə bilərlər. Layihəyə cəlb edilən namizədlərin qiymətləndirilməsi zamanı onların aztəminatlılıq meyarlarına uyğunluğu və topağın bağçılıq üçün yararlı olması əsas götürüləcək.
Daxil olan müraciətlər əsasında 250 aztəminatlı ailə seçilərək ilk növbədə onlara məxsus torpaq sahələrində monitorinqlər aparılacaq. Ehtiyaclar müəyyən edildikdən sonra həmin sahələrdə intensiv bağ təsərrüfatları salınacaq.
Son müraciət tarixi 1 sentyabrdır.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
