Sosial
Çimərliyə getmək istəyənlər üçün sayt yaradılıb? - RƏSMİ CAVAB
Ötən gün Bakı şəhərində çimərliyə onlayn növbə tutduqdan sonra getmək mümkün olacağı barədə xəbər yayılıb. Onlayn növbə prosedurunu həyata keçirmək üçün “cimerlik.az” saytının hazırlanıb, yaxın vaxtlarda istifadəyə veriləcəyi qeyd olunub.
Teleqraf.com xəbəri dəqiqləşdirmək üçün Nazirlər Kabineti yanında Operativ Qərargahla əlaqə saxlayıb.
Qərargahdan bu barədə məlumatın olmadığı bildirilib.
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin mətbuat katibi Rəvanə Əliyeva da xəbəri oxuduğunu, lakin məsələdən məlumatsız olduğunu bildidbi: "Sözügedən saytı mən də axtarış verdim, lakin tapa bilmədim. Bu sistem ASAN Xidmət tərəfindən icaze.e-gov.az portalı vasitəsilə tətbiq olunmalıdır".
xxx
10:19
Bakı şəhərində çimərliyə onlayn növbə tutduqdan sonra getmək mümkün olacaq.
Onlayn növbə prosedurunu həyata keçirmək üçün “cimerlik.az” saytı hazırlanıb, yaxın vaxtlarda istifadəyə veriləcək.
Saytda Bakının Binəqədi, Qaradağ, Sabunçu, Səbail, Suraxanı və Xəzər rayonlarındakı çimərliklərin siyahısı (ümumilikdə 66 çimərlik) yerləşdirilib, həmin çimərliklərdəki yerlərin sayı qeyd olunub.
Müvafiq yer seçildikdən sonra şəxsiyyət vəsiqəsinin FİN kodu ilə qeydiyyatdan keçərək növbə tutmaq mümkün olacaq.
Qeyd: “Cimerlik.az” domeni Elektron Hökumətin İnkişaf Mərkəzinin direktor müavini Mehdi Cavadovun adına rəsmiləşdirilib. (avtosfer.az)
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)




















.jpg)

.jpg)