Sosial
Uşaqpulu məsələsi Milli Məclisin müzakirəsində: İşçi qrup yaradılsın və... - - VİDEO
Video əlavə olundu.
xxx
Milli Məclisin bugünkü iclasında deputatlar Tahir Kərimli və Sabir Rüstəmxanlı “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı uşaqpulu məsələsini gündəmə gətirib.
Publika.az xəbər verir ki, Tahir Kərimli ünvanlı sosial müavinətin dayandırılmasını, onun əvəzində uşaqpulunun verilməsini təklif edib: “Bu gün ünvanlı sosial yardımı 70 faiz imkanlı ailələr alır, bu da insanlarda qıcıq yaradır. Ən kasıb ölkələrdə belə hazırda uşaqpulu verilir. Amma bizdə verilmir. Mən baxıram, nazir deyib ki, bunun üçün 2.5 milyard manat vəsait lazımdır. Amma uşaqpulu strateji məsələdir və verilməsi vacibdir. Deyirik ki, Neft Fondunda olan vəsait gələcək nəsillər üçündür. Bəs, uşaqlar bizim gələcəyimiz deyilmi? Bəlkə də uşaqpulunu zamanında bərpa etsəydik, bu gün 190 manata bir çox ailələrin ehtiyacı olmayacaqdı. Ən azından birtəhər dolanacaqlardı. Bu gün uşaqpulu vermiriksə, sabah onları necə müharibəyə aparacağıq?”.
Sabir Rüstəmxanlı isə rayonlarda icra başçılarının insanların sosial müdafiəsi üçün ayrılan vəsaitləri mənimsədiyini bildirib: “Bununla bağlı bir çox videofaktlar gördük. Bunu təkzib etmək olmaz. Bunun qarşısını almaq üçün ən yaxşı çıxış yolu uşaqpulunun verilməsidir. Təklif edirəm ki, bu məsələyə baxılsın”.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə bildirib ki, bu məsələdə ünvanlılığa üstünlük verilməlidir: “Təklif edirəm ki, bununla bağlı işçi qrup yaradılsın və bu məsələni araşdırsın. Hesab edirəm ki, əgər bu olacaqsa, ünvanlı olmalıdır, ehtiyacı olan ailələrə verilməlidir”.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)


























.jpg)


