Sosial
"Unibank" biznes qurmaq istəyən gəncə dəstək oldu - FOTO
"Unibank" özünüməşğulluq layihəsi çərçivəsində daha bir vətəndaşımıza dəstək olub. Belə ki, bank Bakı sakini Cavidan İsmayılovun şəxsi biznesini yaratmaq arzusunu reallaşdırıb.
Publika.az xəbər verir ki, illərdir öz bərbər salonunu açmaq, şəxsi biznesini qurmaq arzusunda olan gənc, özünüməşğulluq layihəsi çərçivəsində “Unibank”ın dəstək verdiyi vətəndaşlarımızdan biridir. Bank əməkdaşları ona biznesi üçün lazım olan bütün avadanlıqları hədiyyə edib. Cavidan İsmayılov özünüməşğulluq layihəsinin bütün tərəfdaşlarına minnətdarlığını bildirib: “Çox sevinirəm ki, illərdir xəyal etdiyim öz işimi qurmaq arzum reallaşdı. Yəni artıq özüm üçün, ailəm üçün işləyəcəm, gələcəkdə gəlirlərimi artıraraq biznesimi daha da böyüdəcəm. Şəxsi biznesi olmaq, daimi gəlir mənbəyi olmaq deməkdir və bu sevinci mənə, ailəmə yaşatdığı üçün “Unibank”a və layihənin bütün iştirakçılarına təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Unibank həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
Korporativ sosial məsuliyyət “Unibank”ın fəaliyyətində əsas istiqamətlərdən biridir. Bank 2018-ci ilin əvvəllərində Azərbaycan bank sektorunda ən böyük Korporativ Sosial Məsuliyyət layihələrdən birinə imza atıb. 2018-ci ilin mart ayından etibarən bank Güllə atıcılığı üzrə milli paralimpiya komandasının rəsmi dəstəkçisidir. Bu layihəyə dəstəkdə verməkdə məqsəd, Güllə atıcılığı üzrə milli paralimpiya komandasının inkişafına çalışmaqla yanaşı, bu sahədə ölkəmizin beynəlxalq yarışlarda təmsilçiliyinə və uğurlarına kömək göstərməkdir.
Unibank-hər kəsin bankı!
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO









.jpg)





.jpg)

.jpg)
















.jpg)


