Sosial
Yasamalda yaşayan 150 ailə Leyla Əliyeva və icra hakimiyyətinə müraciət etdi - FOTO
Yasamal rayonu Yeni Yasamal 1 massivində yaşayan 150-yə yaxın ailə yaşadıqları 11 və 12-ci binaların (Məhəmməd Xiyabani küçəsi) həyətinin abadlaşdırılması ilə bağlı müraciət hazırlayıb.
Publika.az xəbər verir ki, Bakı şəhərində xeyli məhəllə və həyətin abadlaşdırılmasını həyata keçirən İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevaya və Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənova ünvanlanan müraciətdə ümumilikdə 20 bloku olan 11 və 12 saylı binaların həyətinin vəziyyətinin acınacaqlı olduğu və abadlaşdırılmasının vacibliyi qeyd edilib.
Müraciətdə bildirilib ki, bu iki binada 180 mənzil yerləşir və yaxınlıqda hər hansı park, istirahət sahəsi yoxdur. Karantin rejiminin tətbiq edildiyi müddətdə uşaqlar və qadınlar hər hansı şərait olmadığı, bütün həyət boyu ərazilər tutulduğu üçün gəzinti üçün yer belə tapa bilmir. Həyətdə uşaqların oynaması, istirahət etməsi üçün heç bir şərait yoxdur və bütün ərazi avtomobilləşdiyi üçün azyaşlıların həyatına tez-tez təhlükə yaranır.
Həmçinin qeyd edilib ki, binanın həyəti ilə yanaşı bloklar və binanın fəsadı da bərbad vəziyyətdədir.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)


















.jpg)
.jpg)





