Sosial
DİN vətəndaşlara müraciət etdi
Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2020-ci il sentyabr ayının 30-dək ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmiş, məscidlərin fəaliyyəti dayandırılıb.
Daxili İşlər nazirliyindən Publika.az-a verilən məlumatda bildirilir ki, bu il Aşura mərasimi də xüsusi karantin rejimi dövrünə təsadüf etdiyindən vətəndaşlarımız məsələyə anlayışla yanaşaraq Operativ Qərargah tərəfindən müəyyən edilmiş məhdudiyyətlərə bütövlükdə əməl ediblər. Yalnız bir neçə şəhər və rayonda insanların yoluxma riskini dəfələrlə artıran toplaşmağa cəhdlər qeydə alınmışdır ki, görülmüş tədbirlərlə həmin pozuntuların qarşısı alınıb.
Bununla belə, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müvafiq qadağaları məhz Aşura günündə dini mərasimlərin keçirilməsinə imkan verilməməsi ilə əlaqələndirməyə cəhdlər edilib.
Bü cür məlumatların yanlış olduğunu xüsusi vurğulayaraq, eləcə də insanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək bildiririk ki, xüsusi karantin rejimi dövründə istənilən toplantının, hətta Silahlı Qüvvələrə dəstək xarakterli kütləvi aksiyanın keçirilməsi də yolverilməzdir. Tətbiq olunan məhdudiyyətlərin yeganə məqsədi isə – əhalinin sağlamlığının müdafiəsidir.
Bir daha vətəndaşlarımızı koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni unutmamağa, bu sahədə böyük və gərgin səylər bahasına əldə olunmuş müsbət nəticələri qorumağa, o cümlədən özünütəcrid qaydalarına riayət etməyə, sosial məsafəni gözləməyə, nəfəs yollarını qoruyan vasitələrdən daim istifadə etməyə çağırırıq.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)




















.jpg)

.jpg)