Sosial
Qələbənin 75 illiyi ilə bağlı poçt markası buraxıldı - FOTOLAR
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən İkinci Dünya müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb.
Publika.az xəbər verir ki, markanın hazırlanmasında məqsəd 1941-1945-ci illərdə Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfənin həm yerli, həm də əcnəbi filatelistlər arasında təbliğ edilməsidir. Markada neft istehsalında istifadə edilən mancanaq dəzgahının qolu – balansir tərəfindən dağıdılmış Vermaxt əsgərinin dəbilqəsi, arxa planda isə həmin illərə aid neft qüllələri təsvir olunub.
Bu marka vasitəsilə Azərbaycan neftinin, azərbaycanlı neftçilərin arxa cəbhədə sərf etdikləri titanik əməyin XX əsrin ortalarında bəşəriyyətin bəlasına çevrilmiş faşizmin məhv edilməsindəki əhəmiyyəti bir daha qabardılır, dünya kolleksiyaçıları arasında yayılır.
Markalarla yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq satışa çıxarılıb.
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı







.jpg)

.jpg)


.jpg)





.jpg)

















