Sosial
Mənsum İbrahimov: “Onlar Xocalı faciəsini törətmiş faşistlərdir”
Ermənilər birbaşa ordumuzu deyil, daha çox cəbhəboyu ərazilərdəki yaşayış məntəqələrini atəşə tutur. Bu, bir daha erməni vəhşiliyini göstərir. Onlar Xocalı faciəsini törətmiş faşistlərdir.
Bunu Publika.az-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib. O, ermənilərin beynəlxalq hüquq və normalara əməl etmədiyini bildirib:
“Müharibənin yazılmamış qanunları da döyüşlər vaxtı əliyalın insanlara, xüsusilə qadın və uşaqlara toxunmağı qəbul etmir. Azərbaycan dövləti bütün bu qanunlara əməl edir. Müdafiə Nazirliyi iki gün əvvəl erməni mülki əhalisinə müraciət edərək onlara hərbi obyektlərdən uzaq durmaları barədə xəbərdarlıq etmişdi. Çünki biz mülki əhalinin zərər görməsini istəmirik.
Erməni əsgərləri isə mülki əhaliyə atəş açmaqla çaxnaşma yaratmaq, xalqın gözünü qorxutmaq istəyirlər. Amma başa düşmürlər ki, artıq o dövr keçib. Azərbaycan 30 il əvvəlki deyil, bizim indi güclü ordumuz var. Azərbaycan artıq qüdrətli bir dövlətdir və öz haqqı uğrunda mübarizə aparır. Biz müharibəni öz ərazimizdə aparırıq, Ermənistanın deyil. Onlar bizim ərazimizi işğal edib.
Bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Ermənistanın heç bir hüququ yoxdur, sadəcə ikili standartlar var. ATƏT-in Minsk qrupu illərdir turist kimi gəlib-gedirdi. 30 ilə kimi gözlədik, gördük ki, danışıqlar boş-boş söhbətlərdir. Nəhayət ki, səbrimiz tükəndi. Ali Baş Komandan əmr verdi və ordumuz əks-hücuma keçdi. Biz haqqımız uğrunda mübarizə aparır, öz torpaqlarımızı təmizləyirik. Göz yuma bilmərik ki, Azərbaycanın ərazisində ikinci erməni dövləti yaransın. Biz bir millət olaraq buna yol vermərik. Azərbaycan Ordusu işğalda olan torpaqlarını azad edəcək. Şuşa da başda olmaqla işğal olunmuş bütün Azərbaycan torpaqlarımızda bayrağımız dalğalanacaq”.
Xanəndə qeyd edib ki, Azərbaycan Ordusunun qazandığı zəfərlər yaxınlaşan yubiley günündə onun üçün hədiyyə olub:
“İki gün sonra yubileyimdir, bir neçə kəndimizin işğaldan azad olunması mənim üçün hədiyyə oldu. Bu səsi o torpaqlarda qazanmışam, Ağdamda doğulmuşam. İşğaldan azad olmuş torpaqlarda Qarabağ şikəstəsini oxumaq ən böyük arzumdur. O günə az qalıb”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
