Sosial
Əlillərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası təsdiqləndi
Nazirlər Kabineti 500 № li Qərarına dair İzah verib.
Qurumdan Publika.az-a bildirilib ki, Qaydalarda reabilitasiya vasitələrinin sayı və ölçü vahidi, həmçinin istifadə, təminat, hazırlanma müddətləri, eləcədə təmiri və ya zərurət yarandıqda vaxtından əvvəl dəyişdirilməsi müddətləri və vasitələrin hansı qurumlar tərəfindən təmin edilməsi göstərilib.
Qaydala əsasən reabilitasiya vasitələrini almaq hüququ Əmək Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin komissiyalarının qərarı ilə təmin olunur.
Bütün növ reabilitasiya vasitələri Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyindəki Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən təmin edilir, yalnız minik avtomobili Sosial Xidmətlər Agentliyi tərəfindən növbəlilik əsasında təmin edilir.
Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar.
Minik avtomobili və mühərrikli təkərli oturacağa münasibətdə dövlət hesabına əlilliyi olan şəxsin seçiminə görə yalnız ikisindən biri ilə təmin oluna bilər, əgər əlilliyi olan şəxs hər iki vasitəni almaq istəyirsə onda digər vasitəni öz vəsaiti hesabına alacaqdır.
Minik avtomobili təyin olunduqda, ondan istifadə hüququ əlilliyi olan şəxsə və onunla bir məntəqədə yaşayan qohumuna verilir, amma avtomobil Əmək Nazirliyinin qeydiyyatında saxlanılır. Yalnız əlil vəfat etdikdən sonra avtomobil onun ailəsinin mülkiyyətinə verilir, əgər vəfat edənin ailəsi yoxdursa həmin avtomobil (bu hal mühərrikli təkərli oturacaga da aiddir) geri götürülür və növbəlilik üzrə digər ehtiyacı olan əlillə təqdim edilir.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)


















.jpg)







.jpg)


