Sosial
Bakıda yaşayan Naxçıvan MR sakinlərinin NƏZƏRİNƏ
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Publika.az-ın məlumatına görə, birgə məlumatda bildirilir ki, 2021-ci il yanvar ayının 5-dən etibarən Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatda olan sakinlərə istifadə müddəti bitmiş, itirilmiş, istifadəyə yararsız hala düşmüş şəxsiyyət vəsiqələrinin Bakı şəhərində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində müvəqqəti fəaliyyət göstərəcək Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşları tərəfindən yenisi ilə əvəzlənməsinə başlanılacaq.
Qeyd olunub ki, şəxsiyyət vəsiqələrinin verilməsi, ilkin mərhələdə, 31 yanvar 2021-ci il tarixinədək davam edəcək.
Ünvan: Bakı şəhəri, Rəşid Behbudov küçəsi -130. Tel: (012) 590-64-43, 590-64-31.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
