Sosial
Bitki yağlarına dair YENİ TƏLƏBLƏR: aprelin 1-dən...
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Bitki adı ilə adlandırılan yağlara dair minimum keyfiyyət və təhlükəsizlik tələbləri”ni müəyyənləşdirib.
Publika.az xəbər verir ki, sənəd 2021-ci il aprelin 1-dən qüvvəyə minir.
Tələblərə əsasən, bitki yağları aşağıda göstərilənlərə uyğun olmalıdır:
- Aşağı miqdarda eruk turşulu raps yağının tərkibində eruk turşusu 2%-dən çox olmamalıdır (yağ turşularının ümumi miqdarının %-i nisbətində);
- Yüksək miqdarda olein turşulu saflor yağının tərkibində olein turşusu 70%-dən az olmamalıdır (yağ turşularının ümumi miqdarının %-i nisbətində);
- Yüksək miqdarda olein turşulu günəbaxan yağının tərkibində olein turşusu 75%-dən az olmamalıdır (yağ turşularının ümumi miqdarının %-i nisbətində);
- Yüksək miqdarda olein turşulu palma yağının tərkibində olein turşusu 48%-dən az olmamalıdır (yağ turşularının ümumi miqdarının %-i nisbətində);
- Orta miqdarda olein turşulu günəbaxan yağının tərkibində olein turşusu 43,1%-dən az olmamalıdır (yağ turşularının ümumi miqdarının %-i nisbətində);
- Palma çəyirdəyi oleinin ərimə temperaturu 21oC - 26oC hüdudunda olmalıdır;
- Palma çəyirdəyi stearinin ərimə temperaturu 31oC - 34oC hüdudunda olmalıdır;
- Palma oleinin ərimə temperaturu 24oC-dən çox olmamalıdır;
- Palma stearinin ərimə temperaturu 44oC-dən az olmamalıdır;
- Palma superoleinin ərimə temperaturu 19.5oC-dən çox olmamalıdır.
Tələblərdə həmçinin digər minimum keyfiyyət və tərkib göstəriciləri, qida əlavələri, bitki yağlarında maye qaz xromatoqrafiyası vasitəsilə müəyyən edilmiş yağ turşuları tərkibi, rafinə edilməmiş bitki yağlarının tərkibindəki sterolların miqdarı və s. də müəyyənləşdirilib.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)




















.jpg)

.jpg)