Sosial
Azərbaycanda elektrik enerjisinin qiyməti artırılır? - RƏSMİ AÇIQLAMA
“Elektrik enerjisinin ölkədaxili tariflərinin artırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.
Publika.az xəbər verir ki, bunu “Azərişıq” ASC-nin sədrinin müşaviri Tanrıverdi Mustafayev bəzi KİV-lərdə və sosial şəbəkələrdə elektrik enerjisi tariflərinin artırılması ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.
T.Mustafayevin sözlərinə görə, “Azərişıq” elektrik enerjisi tariflərinin artırılması üçün Tarif (qiymət) Şurasına müraciət etməyib.
Qeyd edək ki, bu gün bəzi KİV-lərdə və sosial şəbəkələrdə Tarif (qiymət) Şurası tərəfindən elektrik enerjisi tariflərinin artırılması ilə bağlı məlumatlar yayılıb. Məlumatda deyilirdi ki, Tarif (qiymət) Şurasnın qərarı ilə hər kVt/s elektrik enerjisinin qiyməti 14 qəpik olacaq.
Xatırladaq ki, hazırda əhali qrupu abunəçilər üçün 300 kVt/s-a qədər 7 qəpik, 300 kVt/s-dan artıq isə 11 qəpikdir. Qeyri əhali qrupu üçün isə qiymət hər kVt/s üçün 11 qəpikdir.
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc

































.jpg)

