Sosial
Avropa İttifaqı liderlərinin ŞENGEN MÜZAKİRƏLƏRİ - Çin vaksinləri viza almağa əngəl ola bilərmi?
Avropa İttifaqının dünən keçirilən 4-5 saatlıq onlayn sammitində peyvənd və “Rəqəmsal Peyvənd Pasportu” mövzusunda bir çox məsələlər müzakirə olunub. Sammitdə Çin peyvəndi vurduranlara şengen vizasının verilməyəcəyi iddialar səsləndirilib. Bildirilib ki, Çin istehsal olan peyvəndlər Aİ tərəfindən hələ təsdiqlənməyib.
Publika.az cəmiyyətdə narahatlıq doğuran bu məsələ ilə bağlı ekspertlərin rəylərini öyrənib. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb üzrə elmlər doktoru, ürək-damar cərrahı Rəşad Mahmudov Çin istehsalı olan koronovirus peyvəndi olunan vətəndaşların Avropa ölkələrinə viza almasına əngəl qoyula bilməsi ilə əlaqədar mediada çıxan xəbərlərə dair fikirlərini bölüşüb:
“Avropa İttifaqının siyasi liderlərinin keçirdiyi dünənki onlayn sammitində Çin peyvəndi vurulmuş və ona bağlı olaraq rəqəmsal peyvənd pasportu olan ölkələrin Avropaya girişinin əngəllənməsi məsələsi gündəmə gəlib. Hesab edirəm ki, bu fikir heç bir tibbi əsasa söykənmir, heç bir tibbi reallığı özündə əks etdirməyən siyasi bir qərardır. Avropa liderləri davam edən peyvəndlənmə işlərində dünya ölkələrinə təzyiq edərək daha çox Avropa və onların nəzarətində olan ölkələrdə hazırlanmış peyvəndlərin istifadəsinə üstünlük verdirməyə çalışırlar. Kovidin bütün dünyaya olduğu kimi, Avropa ölkələrinə vermiş olduğu iqtisadi zərərlərin bir miqdar geri qaytarılması üçün bu şəkildə qeyri-tibbi iddialar ortaya atılıb. Bir səhiyyə işçisi kimi bu düşüncə ilə razı deyiləm, peyvəndlərin uzunmüddətli nəticələri haqqında dəqiq bir fikir bildirmək mümkün deyil. Lakin bu günə qədər dünyada ən çox peyvənd istehsal edən “Sinovac”ın digər peyvəndlərlə müqayisədə üstünlükəri daha çoxdur. “Sinovac” bu gün peyvənd sektorunda ən çox söz sahibi olan bir şirkət olub.
Bu gün “Sinovac”ın Avropadan təsdiq almaması o demək deyil ki, peyvəndlər keyfiyyətsizdir. Sadəcə “Sinovac” şirkəti dünyadakı siyasi vəziyyəti də nəzərə alaraq ümumiyyətlə Avropa Birliyinə müraciət etməyib ki, peyvəndin hansısa kriteriyalar içində qəbul edilməsinə dəstək olsunlar. Hər halda siyasi rərhbərlərin, xüsusən Merkelin sammitdəki çıxışlarına əsasən deyə bilərəm ki, bu məsələ ilə bağlı konkret bir əngəl yoxdur. Belə bir qərarın olması dünyada qəbul olunacaq reallıq deyil. Ümid edək ki, bütün dünyada formasından asılı olmayaraq vurulan peyvəndlər insanlıq üçün faydalı olacaq. Biz ilk növbədə bunun arzusunda olmalıyıq. Əfsuslar olsun ki, bu gün peyvəndlərin qısa və ya uzun faydalılığından çox hansı ölkənin peyvəndlərinin istifadə olunduğu və ordan nə qədər gəlir götürəcəyi ilə əlaqədar iqtisadi maraqlar daha çox ön plana çıxır”.
Millət vəkili əlavə edib ki, Azərbaycan dövləti bütün bu spekulyativ düşüncələrə baxmayaraq, öz vətəndaşının sağlamlığının qorunması üçün lazım olan addımları atır:
“Dünya səhiyyə ekspertləri, dünya elm adamları və Ümumdünya Səhiyyə Təşkilatının verdiyi tövsiyələrə uyğun olaraq Operativ Qərargah və yerli mütəxəssislər dəfələrlə ölçüb biçdikdən sonra müəyyən qərarlar verir. Bundan sonra da vətəndaşlarımızın sağlamlığı üçün ən doğru qərarlar veriləcək. Bu gün isə ölkəmizdə tətbiq olunan Çin peyvəndi peyvəndlər arasında ən təhlükəsizidir. Daha əvvəl tədqiqatlarda göstərildiyi kimi, gələcəkdə bunun faydalılığı görəcəyik”.
Sosioloq İlqar Hüseynli Avropa İttifaqının bu yanaşmasının ədalətsiz olduğunu deyib:
“Avropa İttifaqı bütövlükdə bu məsələ ilə bağlı qəti bir öhdəçilik götürübsə, peyvənd vurulmazdan əvvəl dünya ölkələrinin vətəndaşlarına anons verilməli idi. Bildirməli idi ki, Avropa ölkələrinə vizalar yalnız o şərt daxilində veriləcək ki, vətəndaşların vurdurduğu peyvəndlər Avropa və ya Amerika istehsalı olsun. Türkiyə kimi böyük bir ölkə Çin istehsalı olan “Sinovac” vaksinindən istifadə edir. Eyni zamanda Azərbaycanda da Çin vaksinləri tətbiq olunur. Əhəmiyyətli dövlət adamları, nazirlər, parlament təmsilçiləri, partiya rəhbərləri artıq bu peyvəndləşmə prosesindən keçiblər. Odur ki, bundan sonra belə bir qərarın qəbul edilməsi qəbuledilməzdir.
Şərq tərəfdaşlıq və vətəndaşlıq cəmiyyəti platformasında iştirak edən ölkə nümayəndələrinin əksəriyyəti Çin vaksinindən istifadə ediblər. Bu adamlar tez-tez Avropa ölkələrinə gedir. Düşünmürəm ki, Aİ belə bir addım atsın. Bu, çox ədalətsiz yanaşmadır, Avropa inkişaf və yeni qonşuluq siyasətinin prinsipləri ilə ziddiyyət təşkil etmiş olacaq. Hesab edirəm ki, Aİ-nin Çin peyvəndi vurduranlara şengen vizası verməkdən imtina etməsi iddiaları şayiədən uzağa gedə bilməz. Vəziyyətin dəyişməsi üçün yüngülləşdirmə və daha doğru qərarların verilməsinə ehtiyac olacaq”.
TƏBİB və Operativ Qərargahın da mövzuya münasibətini öyrənməyə çalışsaq da, adıçəkilən qurumlar suallarımıza cavab verməyib.
Aytən Məftun
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO