Sosial
Bulvarda gecələyən qadınla bağlı RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə Dənizkənarı Milli Park, Qız Qalası yaxınlığında bir qadının küçədə, keçiddə gecələməli olduğu, çətin həyat şəraiti ilə üzləşdiyi qeyd olunurdu. Məlumatı əldə etdiyimiz andan etibarən Sosial Xidmətlər Agentliyinin nümayəndələri qadının qaldığı əraziyə yollandılar. Təəssüf ki, ilkin cəhddə onu paylaşımlarda qeyd edilən yerdə tapmaq mümkün olmadı.
Publika.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bildirib.
Qurum rəsmisi deyib:
"Ardından Daxili İşlər Nazirliyi əməkdaşlarının səyi nəticəsində qadın tapıldı. Sosial Xidmətlər Agentliyi əməkdaşlarının da iştirakı ilə aidiyyəti səhiyyə qurumuna müraciət edilməklə lazımi müalicə müəssisəsinə göndərildi. Müalicədən sonra qadının vəziyyəti dəyərləndirilərək özünün razılığı olarsa Agentliyin aidiyyatı müəssisəsinə yerləşməsi təmin olunacaq".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
