Sosial
Əfv olunan 11 qadın azadlığa buraxıldı
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamının icrasına başlanıb.
Müəssisədən sərəncam şamil edilən 12 nəfər qadından 11-i azadlığa buraxılıb, 1 qadının isə cəzası azaldılıb.
Publika.az xəbər verir ki, Prezidentin imzaladığı sərəncamla 475 məhkum cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.
Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 3 nəfər, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər, cərimə cəzasına məhkum edilmiş 23 nəfər cəzadan azad ediliblər.
Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər, islah işləri cəzasına məhkum edilmiş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər.
Sərəncam 6 xarici ölkədən olan 23 əcnəbiyə də şamil olunub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
