Sosial
Dindarla mübahisə və ya müzakirə apara bilməzsən - Fazil Mustafa
"Kəlimələrin tanıtımından çox şey asılıdır. Qədr gecəsinə Əhya deyəndə anlayırsan ki, adamın Quranla əlaqəsi zəifdir. Qədr gecəsinin axtarışına israrla çıxmaqda da qəribəliklər var. Tutaq ki, bu gecənin dəqiq vaxtını müəyyən etdin. Nə dəyişəcək? İnsan həyatı kimi din də bütövdür. Qədr gecəsindən öncəki və ya sonrakı gecə və gündüzlər nə olacaq? Demək ki, bir ömür boyu Qədr gecəsini yaşayırmış kimi ibadətini, inancını gəvşətməməlisən. Yəni inancda kəsə yol axtarılmaz".
Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkə hesabında yazıb. Deputatın fikrincə, bizim milli terminologiya ilə desək, "Əhyalarda oruc tutacağam" demək, "İşim düzəlsə, qurban kəsəcəyəm" demək kimi bir yanaşmadır:
"Yəni işin ciddiyə alınmamasıdır. Yəni Allahın dininə qarşı öz dinini alternativ olaraq irəli sürməkdir. Hər zaman inanclı insanları dindar insandan ayırıram. İnanclı insan Allahın aləmlərin rəbbi olduğuna inanandır. Dindar insan isə Allahın ancaq onun dinində və ya məzhəbində, yaxud təriqətində olanların rəbbi olduğuna inanandır. İnanclı üçün bütöv anlamda insanlıq var, dindar üçün dindaşlıq, məzhəbdaşlıq, təriqətdaşlıq var. İnanclı Allahın göndərdiyinə inanaraq yaşayar, dindar isə özünün din adına uyğunlaşdıraraq yaşadığına inanar".
Fazil Mustafanın yanaşmasına görə, inanclı ilə mübahisə edə bilərsən, çünki sənə Yaradanın yaratdığı kimi baxar, dialoqu önəmsəyər: "Dindarla mübahisə və ya müzakirə apara bilməzsən, çünki öncədən bir insanı müşrik, münafiq və ya kafir kimi görər, monoloqu önəmsəyər. İnanclı üçün əsas prinsip "dində zorakılıq yoxdur!" sayılır, dindar üçün "ali məqsəd üçün istənilən vasitə məqbuldur" prinsipi öndə olur. İnanclı Allahın təəssübkeşidir, dindar isə dinin təəssübkeşidir. Sadəcə düşündüyümü yazdım. Doğrusunu Allah bilir".
Tural Turan
-
Sosial08:24Dörd rayonda və Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
-
ABŞ08:00Maskı tərk edənlər elə bir raket istehsal etdilər ki...
-
Ekologiya07:17Bu gün hava necə olacaq? - PROQNOZ
-
İdman06:46Olimpiya çempionları nişanlandılar - FOTO
-
Magazin106:16Emma Ələkbərzadə oğlu ilə belə rəqs etdi - VİDEO
-
Avropa05:156,5 min il əvvəl bəzək əşyasına çevrilmiş insan dişi aşkarlandı
-
MDB04:44Krasnodara PUA hücumu - 2 uşaq həlak oldu, çox sayda yaralı var
-
Səhiyyə01:11Bu vitamin yüksək dozada qəbul etdildikdə mücüzə baş verir

















.jpg)






.jpg)










