Sosial
Azərbaycanda əfv və ya amnistiya olacaq? - AÇIQLAMA
Ölkə Prezidenti İlham Əliyevin Novruz bayramında imzaladığı əfv sərəncamından sonra yenə də əfv və ya amnistiyanın olacağı bildirilirdi. Bu cür açıqlamalar həmin dövrdə İşçi qrupunun və Əfv Komissiyasının üzvlərindən gəlirdi.
Ramazan bayramında bu baş vermədi. Bir çoxları 28 May Respublika Günündə əfv sərəncamının imzalanacağını ehtimal edir. Məsələ ilə bağlı İşçi qrupunun üzvü Novella Cəfəroğludan münasibət öyrənməyə çalışdıq.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Publika.az- açıqlamasında söyləyib ki, onlar da əfv və ya amnistiyanın olmasını istəyirlər:
“Hələ ki, əfv sərəncamı və ya amnistiya ilə bağlı bir xəbər yoxdur. Biz də düşünürdük ki, Novruz bayramından sonra yeni əfv və ya amnistiya ola bilər. Bizə göndərilən ərizələri aidiyyəti üzrə təqdim edirik. Əfv Komissiyası onlara təqdim etdiyimiz ərziələri qəbul edirlər. Amma əfv sərəncamının olub-olmayacağını hələ ki, bilmirik”.
Hüquq müdafiəçisi son dövrlər İşçi qrupunun da bir araya gəlmədiyini söyləyib:
“İşçi qrupu da pandemiyaya görə toplaşmır. Amma özümüz bir araya gəlirik. Onlayn formada söhbət edirik, danışırıq. Təkliflər irəli sürürük. Ümumi gözləntilərimiz odur ki, müəyyən dəyişikliklər olacaq. Biz də gözləyirik. Görək necə olur”.
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
