Sosial
Fərid Novruzi Operativ Qərargaha səsləndi: Məscidlərlə bağlı qərarı dəyişin
Hörmətli Nazirlər Kabineti Yanında Operativ Qərargah üzvləri, sizdən məscidlərlə bağlı qəbul etdiyiniz qərarda dəyişiklik etmənizi xahiş edirəm. Məscidlərdə ibadət edən insan sayını 50 nəfər deyil, adi vaxtlardan fərqli olaraq 50%-dən çox olmamaq şərti ilə toplana bilər kimi dəyişəsiniz. Çünki böyük məscidlərə haqqsızlıq olur, misal üçün: Dadaş və İlahiyyət məscidlərində 50 nəfər və onlardan on dəfə böyük olan Heydər məscidi və Göy məscidlərində də 50 nəfər ibadət edə bilər, bu, ədalətli deyil.
Publika.az xəbər verir ki, bunu səyyah Fərid Novruzi deyib.
Uzun müddətlik fasilədən sonra ilk dəfə cümə namazı qılmaq üçün məscidə gedən səyyah xoşagəlməz situasiya ilə qarşılaşıb:
“Bu gün Göy məsciddə xoşagəlməz səhnə baş verdi, Cümə xütbəsi vaxtı polis işçiləri məscidə daxil olaraq adam sayını yoxlayırdı və bir az çox adam görüb, namazdan sonra QMİ sədrinin birinci müavini Hacı Salmana öz etirazını bildirdilər. Əlbəttə ki, polis əmrə tabe olan bir qurumdur, onlarla mübahisə edilməz, öz işlərini görürlər. Yalnız çöldə durub, öz rabitə qurğularının səsləri ilə bizim Allah ilə qurduğumuz rabitəni pozmasaydılar, daha yaxşı olardı, amma olan oldu. Şəkildə gördüyünüz kimi, məsciddə insan demək olar ki çox az idi, çünki, Göy məscidə normalda 3000 adam rahat sığışa bilir və 80 nəfər belə toplansa, ora yenə də boş görünəcək. Bu səbəbdən öz qərarınızı bir daha gözdən keçirməyinizi və necə ki avtobuslarda, metroda, restoranlarda, stadionlarda eyni ilə məscidlərdə karantin dövründə insanların toplanıb, bir nəfərdən bir dayanıb ibadət etməsinə və məscidin namaz qılınan ərazisinin 50%-dən çox tutulmaması şərti ilə icazə vermənizi rica edirəm.
Hörmətlə, Allahın qulu Fərid Novruzi”
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
