Sosial
Dövlət Komitəsi müsabiqəyə sənəd qəbulu elan edir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) müsabiqəyə sənəd qəbulu elan edir.
AQUPDK-nin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu 2018-ci il 30 dekabr tarixində qəbul edilib və 2020-ci il yanvarın 1-dən qüvvəyə minib. Qanun uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanunun 5.3-cü maddəsində qeyd olunub ki, informasiya məhsulunun yayıcısı həmin məhsulun müstəqil şəkildə və ya ekspertin iştirakı ilə yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən ölkə ərazisində yaya bilməz.
Qanunun 13.1-ci maddəsinə əsasən, yaş təsnifatının aparılması məqsədi ilə informasiya məhsulunun ekspertizası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən ixtisas attestatı almış fiziki şəxslər (ekspertlər) tərəfindən Qanunun 14-cü maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir. Şəxsə ixtisas attestatının verilməsi üçün onun işlədiyi hüquqi şəxs (ekspert təşkilatı) bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edir.
İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertin bilik səviyyəsinin müəyyən edilməsi komitə tərəfindən müsabiqə üsulu ilə həyata keçirilir.
Beləliklə, AQUPDK informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspert olmaq istəyən şəxslərə ixtisas attestatının verilməsi üçün müsabiqəyə sənəd qəbulu elan edir.
Müsabiqə 2 mərhələdən, test imtahanından və müsahibədən ibarət olacaq. Test imtahanının keçirildiyi vaxt və yer barədə məlumat 3 (üç) gün əvvəl komitənin rəsmi internet informasiya ehtiyatında yerləşdiriləcək və namizədlərə sifarişli poçt bildirişi və ya elektron qaydada göndəriləcək.
Müsabiqənin proqramı komitənin rəsmi saytında yerləşdirilib.
Müsabiqədə iştirak etmək üçün şərtlər aşağıdakılardır:
- Namizədin işlədiyi hüquqi şəxs (ekspert təşkilatı) bu barədə komitəyə müraciət edir.
- Namizəd pedaqogika, psixologiya və ya uşaq psixiatriyası sahəsində ali təhsilə malik olan şəxs olmalıdır.
- Həyat və sağlamlıq əleyhinə ağır və xüsusilə ağır cinayətlər, yaxud şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri və ya ictimai mənəviyyat əleyhinə cinayətlər törətməyə görə məhkum edilmiş şəxslər müsabiqədə iştirak edə bilməzlər.
- İxtisas attestatının verilməsi üçün müraciət edən ekspert təşkilatı yuxarıda qeyd olunmuş tələblərə cavab verən ən azı 3 (üç) ekspert ştatına malik olmalıdır.
- Ekspert təşkilatı qaydaların 1 nömrəli əlavəsində (Keçid 3.) göstərilən müraciət formasını doldurmaqla və aşağıda göstərilən sənədləri əlavə etməklə, elektron qaydada ( [email protected] elektron poçt ünvanına) göndərə bilər.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp







.jpg)




















.jpg)
.jpg)





