Sosial
Şuşada DOST Mərkəzi açılacaq
2019-cu ilin may ayından Bakı və Abşeron rayonu üzrə artıq 5 DOST Mərkəzi açılıb. Qısa müddətdə DOST Mərkəzləri şəbəkəsi ölkəmizin bütün regionlarını, o cümlədən işğaldan azad edilmiş bölgələri əhatə edəcək.
Publika.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev deyib.
Nazir Şuşada da DOST Mərkəzinin yaradılacağını, ümumən işğaldan azad edilmiş rayonların hər birinin DOST xidmətləri ilə əhatə olunacağını deyib.
S. Babayev vurğulayıb ki, DOST Agentliyi və mərkəzləri Prezident İlham Əliyevin Fərmanına əsasən yaradılıb: "Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əmək, məşğulluq, əlillik, sosial təminat sahələri üzrə 152 növdə xidmətin "bir pəncərə”dən, tam şəffaf, operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipinə uyğun təqdim olunmasına imkan verib”.
DOST Mərkəzlərində artıq 500 mininci vətəndaşa xidmət göstərildiyini qeyd edən S. Babayev vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsinin 97 faiz üzərində olduğunu deyib.
Nazir bildirib ki, DOST mərkəzləri Azərbaycanın yeni brendi olmaqla, bir çox ölkə ölkəmizin bu innovativ yeniliyini öyrənməyə çalışır. Onun sözlərinə görə, hazırda 14 ölkə Azərbaycanın sosial sahədə mühüm innovativ yeniliyi olan DOST təcrübəsini özündə tətbiq etməkdə maraqlıdır.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
