Sosial
Rasim Quliyev: "Mənə qədər dəfələrlə sərəncam və digər sənədlər imzalanıb"
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri, təqsirləndirilən şəxs kimi Rasim Quliyevə irəli sürülən ittiham üzrə məhkəmə prosesi davam etdirilib.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını cavablandırıb.
O bildirib ki, tikinti və söküntü işləri ilə bağlı sərəncam Bakı Şəhər İcra Hakimiyyətinin Baş Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 2012-ci ildə Hacıbala Abutalıbov tərəfindən verilmiş sərəncama əsasən hazırlanıb, ona qədər inşaat pasportu, ayrıc aktı, eskiz layihəsi, işçi layihəsi, şəhərsalma əsaslandırılması, ən əsası isə tikintinin başlanması haqqında xüsusi nişan verilib: "Tikinti və söküntü işlərinin aparılması üçün müvafiq dövlət qurumlarından icazə alınıb, mənə sənədlər hazır şəkildə gəlirdi. Buna görə də etibar edib imzalayırdım. Çünki həmin sənədləri hazırlayanlar peşəkar mütəxəssislər idilər".
Rasim Quliyev bildirib ki, 2017-ci ildə ona müavin səlahiyyətlərini icra etmək üçün həvalə olan sənəddə qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı sərəncama nəzarəti öz üzərində saxlayıb: "Mən 7 ay ərzində həmin vəzifəni müvəqqəti icra etmişəm. Bu 7 ay ərzində Hacıbala Abutalıbov mənim barəmdə Prezident Administrasiyasına təqdimat verə bilərdi, bunu rəsmiləşdirmək olardı. Sual olunur ki, bu niyə olunmayıb? İşi bacarmırdımsa, niyə müavin təyin olunmuşam? Yox, bacarırdımsa, niyə haqqımda təqdimat verilməyib?"
Rasim Quliyev qeyd edib ki, 9 noyabr 2015-ci ildə Nəsimi Rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərov Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanova məktub ünvanlayıb: "Məktubda göstərilib ki, Dilarə Əliyeva küçəsindəki 145 saylı bina sökülüb, 141 saylı ünvanda da yerləşən tarixi binada yaşayış var".
Rasim Quliyev 141 və 145 saylı binaların tarixi mədəniyyət abidələri olduğunu göstərən xüsusi nişanın olmadığını vurğulayıb. Onun sözlərinə görə, həmin ərazidə işlərin aparılması üçün ona qədər bir neçə dəfə sərəncamlar ləğv edilib və yenidən verilib.
Prosesdə iştirak edən vəkillər təqsirləndirilən şəxsə dəqiqləşdirmək üçün suallar ünvanlayıblar. Suallar təqsirləndirilən şəxsin səlahiyyəti və ziyandəymə ilə bağlı olub. Rasim Quliyev sualları sənədlərlə və əsaslı şəkildə cavablandırıb.
Qeyd edək ki, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Məhkəmənin qərarı ilə növbəti proses sentyabrın 13-də saat 11:20-də davam etdiriləcək.
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO



































