Sosial
Mağazalarda hər kəsi gözləyən BÖYÜK TƏHLÜKƏ - XƏBƏRDARLIQ/VİDEO
Video əlavə olunub.
xxx
Marketlərlə bağlı çox ciddi narahatlıqlar var. İnsanlar bilərəkdən və ya bilməyərəkdən bir-birlərini virusa yoluxdurub məhv edəcəklər. Mağazalarda yarı paketlənmiş çörəklər ən çox təhlükə mənbəyidir. Bu, hələ çörəyin marketə qədər qət etdiyi yoldur. Mağazalarda isə əsl virus tüğyan edir.
Bunu Publika.az-a açıqlamasında Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcılar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov deyib.
Onun sözlərinə görə, işçilər ağızlarında siqaret və əlləri virus mənbəyi olaraq marketlərə çörəyi təhvil verirlər: “Onları daşıyan insanlar nə maska taxır, nə də əllərində əlcək var. Üstəlik, əyinlərində olan “ağ xalat” da illərlə yuyulmur. İnfeksiyalı uniformada da çörək daşınar?! Koronavirusu ayaq üstə keçirən insanların da əlləri ilə o çörəyə toxunmamasına kim zəmanət verə bilər? Çünki zavod çörəklərinin üstü açıq şəkildə satılır”.

A.Salamov qeyd edib ki, insanlar isti və yumşaq çörəyi seçmək üçün əlləri ilə az qala bütün çörəklərə toxunub yoxlayırlar. Bu isə virusun yayılmasına şərait yaradır:
“Rəflərə düzülmüş çörəklərin üstünün açıq olması acınacaqlı məqamdır. Bu, kənardan gələn virus bakteriyalarının asanlıqla çörəyə keçməsi deməkdir. Düşünürəm ki, ilk olaraq çörək sexləri çörəyi tam olaraq paketləməlidir. Əgər çörəyin tərləməsini bəhanə edərlərsə, heç narahat olmasınlar. Ona da çıxış yolu var, təki xalqımız sağlam olsun. Marketlərdə çörəklərin rəfinə qoruyucu örtük çəkilməli və xüsusi işçi ayrılmalıdır ki, hər kəs istədiyi vaxt bütün çörəklərə toxuna bilməsin. Çıxış yolu ilk növbədə dəlikli və çörəyi tərləmədən mühafizə edən paketlərin hazırlanmasıdır. İkinci məqam, çörək daşıyan maşınlar dezinfeksiya olunmalı və işçi heyəti hər gün təmiz uniforma, əlcək, maska ilə təmin olunmalıdır. Onlara çörəyi daşıyarkən siqaret çəkmək də qadağan olunmalıdır. Çünki insanlar özləri də bilmədən daşıyıcı ola bilərlər. COVID-19 adi virus deyil və mən bu gün FHN-in modul tipli xəstəxanasında müalicə alıram. Hardan bilim ki, məni kimsə çörəklə yoluxdurmayıb, aldığım çörəyə hansısa COVID-19 xəstəsi yalın əl ilə toxunmayıb?! Buna heç kim zəmanət verə bilməz. Ona görə də bundan sonrasını düşünmək və üstünə düşmək vacibdir. Allah heç kimə bu dərdi verməsin, hər gün boğulan insanları görmək, onlarla eyni yerdə qalmaq və onlardan biri olmaq çox acınacaqlı məqamdır. Biz dəfələrlə bu mövzulara toxunmuşuq, amma nə fayda... Özümüzü, ailəmizi və ətrafımızı qorumalıyıq. Ən çox da uşaq və yaşlıları.
Onu da əlavə edim ki, bu, həmçinin çərəzlərə də, açıq satılan şirniyyat və konfetlərə də aiddir. Ümumiyyətlə, marketlərdə üstüaçıq nəyinsə satılması qəti qadağan olunmalıdır. Birmənalı şəkildə paketləmənin olması vacibdir. Eyni zamanda mağaza inzibatçısı tərəfindən nəzarət gücləndirilməlidir”.
Akqabay Mıradov
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video






























.png)


.jpg)



