Sosial
Gözdən əlilliyi olan şəxslərə mənzillər təqdim olundu - FOTO
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində bir qrup gözdən əlilliyi olan vətəndaşa mənzillər təqdim edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev iştirak ediblər.
V.Behbudov bildirib ki, ölkəmizdə həssas qrupların, o cümlədən gözdən əlilliyi olan şəxslərin sosial müdafiəsi tədbirləri ildən-ilə genişlənir: “Onların sosial təminatı və reabilitasiyası, rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl işlər aparılır. Gözdən əlilliyi olan şəxslər əlilliyə görə pensiya və ya müavinətlə, onlardan 1-ci dərəcə əlilliyi olanlar həmin sosial təminat növləri ilə yanaşı, Prezidentin aylıq təqaüdü ilə də təmin olunurlar. Ötən dövrdə həmin sosial ödənişlərin məbləği dəfələrlə artırılıb. Həmçinin onlar üçün bir sıra güzəşt və imtiyazlar da nəzərdə tutulub”.
Qeyd olunub ki, Heydər Əliyev Fondunun layihəsi çərçivəsində respublikanın ayrı-ayrı bölgələrində (Naxçıvan, Gəncə və Yevlax) yaradılan Regional İnformasiya Mərkəzləri gözdən əlilliyi olanların və görmə qabiliyyəti zəif insanların informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarına yiyələnməsinə şərait yaradıb. Nazirliyin sifarişləri əsasında görmə imkanları məhdud şəxslərin reabilitasiya məqsədli sosial xidmətlərlə əhatə olunması üçün layihələr icra olunur.
Ölkədə şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, digər həssas qrupların, o cümlədən gözdən əlilliyi olan şəxslərin də mənzillə təminatı işləri davam etdirilir. Həmin işlərin davamı olaraq, son illərdə onlar üçün Bakının Nərimanov rayonunda 132 mənzildən ibarət yaşayış binası tikilərək istifadəyə verilib.
Bu gün təqdim edilən mənzillər də daxil olmaqla 2021-ci ildə 70-dək gözdən əlilliyi olan şəxs mənzillə təmin olunub.
Mənzillə təmin olunan şəxslər sosial müdafiə tədbirləri ilə əhatə olunduqlarına və dövlət qayğısını həmişə hiss etdikləri, bu gün isə mənzillə təmin edildikləri üçün minnətdarlıqlarını bildiriblər.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)




















.jpg)

.jpg)