Sosial
Qazilərimiz mükafatlandırıldı - FOTO
“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin təşkilatçılığı, Yeni Azərbaycan Partiyasının Sabunçu Rayon Təşkilatının ictimai təşəbbüsü əsasında 44 günlük Vətən müharibəsinin 1 illiyi münasibətilə müharibə dövründə xüsusi xidmətləri olmuş qazilərin mükafatlandırma mərasimi keçirilib.
Publika.az xəbər verir ki, mükafatlandırma mərasimində qazilər, YAP Sabunçu Rayon Təşkilatının rəhbərliyi, “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin İdarə Heyəti və fəal üzvləri, tanınmış ictimaiyyət nümayəndələri iştirak edib.
YAP Sabunçu Rayon Təşkilatının sədri Misirxan Vəliyev, millət vəkili Əliabbas Salahzadə, “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin sədr əvəzi Qalib Əliyev, sədr müavini Məcid Məmmədov, Vətən müharibəsi qəhrəmanı Bəxtiyar Mustafayev, qazilər çıxış edərək 44 günlük Vətən müharibəsində uğurlu tarixi qələbənin qazanılmasında Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu və rəhbərliyi altında müzəffər ordumuzun torpaqlarımızı işğalçı erməni qəsbkarlarından azad edilməsində göstərdikləri fədakarlıqdan danışıblar. Bildiriblər ki, şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına diqqət, qayğı yönümündə birgə ictimai-siyasi fəaliyyət olduqca vacibdir.
Qazilərin mükafatlandırma mərasimi ilə bağlı “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal jurnalistlərə açıqlamasında qeyd edib ki, Yeni Azərbaycan Partiyası ilə birgə bu cür milli vətənpərvər təşəbbüslərlə çıxış etməkdə əsas məqsəd Ali Baş Komandan, Prezident İlham Əliyevin şəhid ailələri, qazilər və müharibə iştirakçılarının sosial durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi ictimai siyasi kursu əsas götürərək dövlət-QHT münasibətlərinin daha da inkişaf etdirilməsi fonunda vətəndaş cəmiyyəti tərəfindən bu cür ictimai dəstəyin davamlılığını təmin etməkdir.
Birlik rəsmisi onu da bildirib ki, “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi gələcəkdə də Yeni Azərbaycan Partiyası ilə milli-vətənpərvərlik ruhunda birgə təşəbbüs və layihələrdə iştirak edərək ölkəmizin həssas təbəqəsinə qulluq və xidmət etmək üçün bütün imkanlarını səfərbər edəcək.
Qeyd edək ki, mükafatlandırma mərasimində 40-dan çox qaziyə mükafat və hədiyyələr təqdim edilib.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi










.jpg)
























.jpg)


