Sosial
“Azəriqaz” Bakının Qala qəsəbəsinin sakinlərinin problemini dinlədi
“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası uğurla davam edir.
Publika.az xəbər verir ki, daxil olan çoxsaylı müraciətlər nəticəsində vətəndaşların problem və təkliflərini dinləmək üçün bu dəfə “Səyyar qəbul otağı” Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivində qurulub.
İki saat ərzində Birliyin “Açıq mikrofon”u bu massivin sakinlərinin ixtiyarında olub. Aksiyada iştirak edən vətəndaşlar yaşadıqları yeni yaşayış massivində təbii qazdan istifadə edə bilmədiklərini, alternativ yanacaq mənbəyi kimi odunla bağlı da problemlərinin olduğunu bildirərək mavi yanacaqla təmin olunmalarını xahiş ediblər.
Ünvanlanan hər bir müraciət qeydiyyata götürülərək, Birliyin baş direktoru Ruslan Əliyevə təqdim olunacaq. Mövcud durum araşdırıldıqdan sonra baş direktor məsələ ilə bağlı müvafiq qərar verəcək.
Qeyd edək ki, bu gün təşkil olunan aksiya sayca 20-cidir. İndiyədək təşkil olunan “Açıq mikrofon” aksiyalarının hər birində ünvanlanan müraciətlərin həlli istiqamətində Birlik tərəfindən işlər görülür, bir çoxunda isə artıq işlər yekunlaşdırılıb.
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər









.jpg)
.jpg)

.webp)
























