Sosial
"YAŞAT" Fonduna daxil olan vəsaitlərin xərcləndiyi istiqamətlər açıqlandı
“YAŞAT” Fonduna daxil olan vəsaitlərin xərcləndiyi istiqamətlər açıqlanıb.
Fonddan Publika.az-a verilən məlumata görə, toplanan vəsaitin 43,13 faizi şəhid ailələrinin və qazilərin məişət şəraitinin yaxşılaşdırılması üçün xərclənib.
Toplanan vəsaitin 16,31 faizi borc öhdəliklərinin qarşılanması, 38,19 faizi tibbi xərclərin ödənilməsi, 1,56 faizi isə təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı üçün xərclənib. Digər xərclərin göstəricisi isə 0,81 faiz təşkil edir.
Bu günə qədər fondda 63 583 188,17 manat toplanıb ki, həmin vəsaitin 44 508 561,48 manatı xərclənib. Hazırda fondda 19 074 626,69 manat vəsait qalıb.
Fond tərəfindən indiyədək 2 909 şəhid ailəsi ziyarət olunub. Bu günədək 9 914 şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir.
Fond tərəfindən indiyə qədər 4 542 yaralının müraciəti qeydə alınıb. Ümumilikdə isə 15 954 şəhid ailəsi üzvləri və yaralılar ziyarət edilib.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)




















.jpg)

.jpg)