Sosial
Yevlax Şəhər İcra Hakimiyyəti Qarabağ qazisi ilə bağlı iddialara cavab verdi
Yevlax Şəhər İcra Hakimiyyəti Qarabağ qazisinin obyektinin dağıdılması ilə bağlı iddialara cavab verib.
İcra Hakimiyyətindən Publika.az-a verilən məlumata görə, Yevlax rayonunun Quşçu kənd sakini, Qarabağ müharibəsi veteranı Elbrus Xəlilov Xaldan kəndi ərazisində qanunsuz tikinti aparıb, onun apardığı tikinti qanunvericiliyin tələblərinə uyğun olaraq dayandırılıbdır.
Ona izah edilibdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən Xaldan bələdiyyəsinin müraciəti əsasında həmin ərazinin yerquruluşu planı hazırlanıbdır, növbəti mərhələdə qanunamüvafiq olaraq sənədlər hazırlanmalı və ilk öncə bələdiyyənin mülkiyyəti tanınmalıdır. Mülkiyyət tanındıqdan sonra ərazi hərrac və müsabiqə yolu ilə satışa çıxarıla bilər. Daha sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tikəcəyi obyektin layihəsinə uyğunluq rəyi almalıdır. Qeyd edilən rəy alındıqdan sonra tikinti aparıla bilər.
Məlumatda qeyd olunur ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin xüsusi rəyinə vətəndaşın iddia etdiyi ərazi ümumi istifadədə olan ərazi kimi göstərilibdir. Ümumi istifadədə olan torpaq sahəsinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən uyğunluq rəyinin verilməsi mümkün deyildir. Torpaq qanunvericiliyinin müddəalarına uyğun olaraq ümumi istifadədə olan torpaqlar mülkiyyətə verilə bilməz. Yalnız qısa müddətə mövsümi xarakterli icarəyə verilə bilər.
Elbrus Xəlilov dəfələrlə Yevlax Şəhər İcra Hakimiyyətinə müraciət etmiş, ona proses ətraflı izah edilibdir. Bütün izahatlara baxmayaraq Elbrus Xəlilov deyilənlərə əməl etməmiş, gizli şəkildə gecə vaxtı tikinitini həyata keçiribdir. Tikintinin qarşısı alınarkən isə özünün Qarabağ müharibəsi veteranı statusundan istifadə edərək qanunusuz olaraq tikintinin davam etdirməsi üçün icazə tələb edibdir. Qanunsuz tikintinin qarşısı alınarkən Yevlax Şəhər İcra Hakimiyyəti və Yevlax rayon Polis Şöbəsinin əməkdaşlarına şər böhtan atmağa başlamış, müxtəlif sosial şəbəkələrdə çıxışlar etmişdir.
-
Ekologiya00:27Bakıda yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
-
Magazin117 İyul 21:39Ömər Eldarov xəstəxanaya yerləşdirildi
-
ABŞ17 İyul 19:40Trampın İrandakı yeni hədəfi - Video
-
Dünya17 İyul 19:307,4 ballıq zəlzələ bu ölkəni silkələdi - Sunami təhlükəsi elan edildi
-
Ekopublika.az17 İyul 19:00Bakıda torpağın və fərdi evlərin dəyəri nə qədər artıb? - Son statistika
-
Elm və təhsil17 İyul 16:44Qəbul imtahanının nəticələri açıqlandı
-
Nida Xəbər 17 İyul 14:58AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib - Lavrov
-
Nida Xəbər 17 İyul 13:43Azərbaycanın döyüş təyyarələri səmaya qalxdı - FOTO









.jpg)


.webp)





.jpg)




















