Sosial
“AzerGold” QSC-nin şəhid əməkdaşının xatirəsi anıldı - FOTO
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) kollektivi Vətən müharibəsində şəhid olmuş iş yoldaşları Rauf Əsgərovun şəhadətinin 1-ci ildönümü ilə əlaqədar Gəncə şəhər Şəhidlər Xiyabanında yerləşən məzarını ziyarət ediblər.
Publika.az-a QSC-dən verilən məlumata görə, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidimizin əziz xatirəsi ehtiramla anılıb, məzarı önünə əklil qoyulub, gül dəstələri düzülüb.
Qeyd edək ki, Rauf Əsgərov 6 oktyabr 2020-ci il tarixində ehtiyatda olan zabit kimi Ordu sıralarına çağrılıb. O, Silahlı Qüvvələrimizin baş leytenantı kimi Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib.
Rauf Əsgərov oktyabrın 26-da Füzulinin Mərdinli kəndində şəhidlik zirvəsinə ucalıb. O, 28 oktyabr tarixində Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Müharibəyə qədər “AzerGold” QSC-nin Təmir-tikinti və energetika şöbəsinin Generator sahəsi üzrə rəisi vəzifəsində çalışmış qəhrəman şəhidimiz Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Xatırladaq ki, Ordumuzun şanlı qələbəsi ilə nəticələnən Vətən müharibəsində Səhmdar Cəmiyyətin 8 nəfər əməkdaşı iştirak edib. Rauf Əsgərovla yanaşı, QSC-nin Mühafizə xidmətinin əməkdaşı baş leytenant Muxtar Qasımlı 2 oktyabr 2020-ci ildə Füzuli rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub.
“AzerGold” QSC Vətən müharibəsində şəhid olan bütün hərbçilərimizi qürurla anır, onların ailələrinə, yaxınlarına bir daha başsağlığı verir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
