Sosial
Azərbayanda yeni dövlət rüsumları müəyyənləşəcək
Yeni dövlət rüsumları müəyyənləşir.
Publika.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin noyabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Su Məcəlləsində, Gömrük Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, "Yerin təki haqqında", "Balıqçılıq haqqında", "Heyvanlar aləmi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Ovçuluq haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Baytarlıq haqqında", "Dərman vasitələri haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Mədəniyyət haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsinə, səlahiyyətli iqtisadi operator statusunun verilməsi haqqında qərarın qəbul edilməsinə, tikinti obyektinin istismarına icazənin verilməsinə, dağ-mədən ayırması statusunun və geoloji ayırma statusunun verilməsinə, balıqovlama və ovçuluq biletlərinin verilməsinə, dövlət ekoloji ekspertizasının obyektləri barədə ekspert rəyinin verilməsinə, dərman vasitələrinin yenidən dövlət qeydiyyatı və onların qeydiyyat sənədlərində dəyişikliklərin dövlət qeydiyyatına, idman mərc oyunlarının həyata keçirilməsi məqsədilə hüquqi şəxsin akkreditasiyası haqqında qərarın verilməsinə, mədəni sərvətlərin ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsinə, standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikatın verilməsinə, baytarlıq arayışının verilməsinə görə dövlət rüsumu tutulacaq.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO










.jpg)


















.jpg)






.jpg)


