Sosial
11 yaşlı qızın qardaşının da psixoloji dəstəyə ehtiyacı var - KOMİTƏ
İmişli rayon sakini 11 yaşlı qızın uşaq dünyaya gətirməsi faktı ilə bağlı görülən tədbirlərin davamı olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, eləcə də psixoloq uşağın yerləşdirildiyi xəstəxanada olub, vəziyyətin ilkin qiymətləndirilməsini aparıb.
Komitədən Publika.az-a verilən məlumata görə, həmçinin Dövlət Komitəsi İmişli rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya ilə birgə müvafiq fəaliyyəti davam etdirir. Belə ki, Komissiyanın nümayəndəsi tərəfindən zərərçəkmişin qardaşının da vəziyyətini qiymətləndirmək məqsədilə ailəyə səfər edilib. Nəticədə ailədə digər azyaşlı oğlana da psixoloji dəstəyin göstərilməsinə ehtiyacı olduğu müəyyən edilib.
Qeyd edilib ki, hər iki istiqamətdə psixoloji dəstəyin davam etdirilməsi ilə yanaşı, aparılan istintaqın nəticəsindən asılı olaraq, yetkinlik yaşına çatmayan qız və qardaşının, eləcə də körpənin mənafeyinə uyğun müvafiq qərarlar qəbul ediləcək və onların dövlət müəssisəsinə yerləşdirilməsi məsələsinə baxılacaq.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)




















.jpg)

.jpg)