Sosial
Alqı-satqı saytlarında FIRILDAQÇILIQ - DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ
Son zamanlar fırıldaqçılıq halları artıb. Naməlum şəxslər elan saytlarına dəyərindən daha ucuz qiymətə avtomobil, daşınmaz əmlak və s. yerləşdirir və çox sayda insandan "beh" alaraq, onların vəsaitini mənimsəyirlər.
Publika.az xəbər verir ki, bu barədə Trend-ə açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev belə halların olduğunu təsdiqləyib.
Bildirib ki, bunun qarşısının alınmasının birinci şərti vətəndaşın ehtiyatlı və diqqətli olmasıdır: "Sosial şəbəkə seqmentlərində, elan saytlarında kibercinayətkarlıqlarla bağlı vətəndaşları diqqətli olmağa çağırır, bir sıra qaydalara riayət edilməsini tövsiyə edirik:
- Mobil və şəhər nömrələrindən zəng edən şəxslərə bank-kart məlumatları, yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu (“3D secure”) heç kəsə təqdim etməyin.
- Sosial media və elan saytları üzərindən satışa çıxardığınız məhsulları guya almaq məqsədilə özünün ölkədə olmadığını, həmçinin uzaq məsafədə olduğunu əsas gətirərək ödənişi onlayn yolla edəcəyini bildirən şəxslərə bank kartı məlumatlarını təqdim etməyin;
- İşə qəbul olunmağınızı əsas gətirərək guya “sağlamlıq haqqında arayış” üçün əvvəlcədən hansısa məbləğ tələb edən şəxslərə ödəniş etməyin;
- Saxta xarici nömrələrdən, həmçinin virtual nömrələrdən zəng edən şəxslərə bank kartı məlumatlarını təqdim etməyin".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
