Sosial
Siqaret bahalaşacaq
Tütün məmulatları ilə bağlı aksiz dərəcələrinə yenidən baxılır.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.
Nazir müavini bildirib ki, bununla bağlı iki istiqamətdə dəyişikliklər nəzərdə tutulur:
“Birinci aksiz dərəcələri qaldırılır, ikinci isə markaların qeydiyyatına görə rüsumlar artırılır. Büdcəyə daxilolmada artımın çox hissəsi məhz bu dəyişikliklərdən gözlənilir. Bütün dünyada tütün məmulatlarına tətbiq edilən aksizlər, xüsusi yığımlar və s. ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə nəzər salsaq, Azərbaycan bu sahədə ən aşağı rüsum tətbiq edən ölkələrdəndir. Lakin biz sosial məsələləri də nəzərə alaraq, bu sahədə rüsumları kəskin şəkildə artırmırıq.
Hesab edirəm ki, ən azından inflyasiya səviyyəsində bu rüsumların artırılması həyata keçirilməlidir”.
Qeyd edək ki, "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərə əsasən bəzi dövlət rüsumlarının məbləği dəyişdirilir və yeni dövlət rüsumları müəyyən edilir.
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı










.jpg)


























.jpg)

.jpg)