Sosial
Çingiz Abdullayev "Birinci Qarabağ müharibəsi olmayıb" fikrinə aydınlıq gətirdi - VİDEO
Sosial şəbəkələrdə xalq yazıçısı Çingiz Abdullayevin Birinci Qarabağ müharibəsi ilə bağlı açıqlaması birmənalı qarşılanmayıb. Belə ki, Ç.Abdullayevin həmin çıxışında Birinci Qarabağ müharibəsinin olmadığını, bunun yalan olduğunu söylədiyi iddia edilib.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən xalq yazıçısı Çingiz Abdullayev fikirlərinin təhrif olunduğunu bildirib:
"Qoy tənqid eləsinlər. Mən elə deməmişəm. Demişəm ki, ermənilər sovet qoşunlarını pulla alaraq bizim torpaqlarımızı işğal ediblər. Mənim qardaşım da həlak olub. Bir daha deyirəm, 90-cı illərdə biz torpaqlarımızı ona görə itirirdik ki, bu, normal müharibə deyildi. Bizim ordumuz qurulmamışdı. Qonşularımız qarmaqarışıqlıqdan və daxili çəkişmələrdən istifadə edirdilər. Buna görə də mən birinci, ikinci deyilən bölgüyə qarşıyam. O birinci dediyimiz xalqımızın başına gətirilən faciə idi. Keçən ilki isə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığımız müharibə idi. İndi bu dediyim fikirlərdən istifadə edəcəklər?".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
