Sosial
“AzerGold” aztəminatlı şəhid və qazi ailələrinə yardımlar etdi - FOTO
“AzerGold” QSC-nin kollektivi müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi şanlı qələbənin birinci ildönümü – Zəfər Günü münasibətilə Daşkəsən rayonunda şəhid və qazi ailələrini ziyarət edib.
Publika.az-a “AzerGold”dan verilən məlumata görə, səhmdar cəmiyyətinin əməkdaşları ümumilikdə 116 şəhid və qazi ailəsinin evlərində qonaq olublar.
Görüşlərdə böyük amallar uğrunda canlarından keçən, ömür paylarını gələcək nəsillərin xoşbəxtliyinə bağışlayan qəhrəman şəhidlərimizin əziz xatirələri yad edilib, onlara daim borclu olduğumuz bildirilib. Qeyd edilib ki, tarixi qələbədə böyük pay sahibləri olan qəhrəman şəhidlərimizin ailələrinin, fədakar qazilərimizin daim diqqətdə saxlanılması onlara olan vəfa borcu və dərin ehtiramın ifadəsidir.
Sosial aksiya çərçivəsində Daşkəsən rayonunda qeydiyyatda olan Vətən müharibəsi şəhidlərinin aztəminatlı ailələrinə birdəfəlik bank kartları hədiyyə edilib. Bununla yanaşı, şəhid ailələri və ötən il döyüşlərdə yaralanmış qazilərimizə bayram sovqatları təqdim olunub.
Cəmiyyətin Sosial təsir və məsuliyyət üzrə siyasəti çərçivəsində mütəmadi olaraq həyata keçirilən sosial yardım tədbirləri dövlətimizin şəhid ailələri və ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların sosial müdafiəsi proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, şirkətin hasilat fəaliyyəti göstərdiyi bölgədə yaşayan bu həssas əhali qrupunun qayğı ilə əhatələnməsinə, onların rifahının yaxşılaşdırılmasına xidmət edir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
