Sosial
Yanğın-partlayış təhlükəli obyektin fəaliyyəti dayandırıldı - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu barədə Publika.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Ağsu rayonu, Çaparlı kəndində vətəndaş Məmmədov Elşən Bəxtiyar oğluna məxsus “Bəxtiyar market” adlanan ərzaq məhsullarının pərakəndə satışı mağazasında plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar, xüsusilə də müvafiq razılaşma və icazəverici sənədlər olmadan obyektə bitişik əlavə tikilinin inşa olunduğu, daxilində hər birinin tutumu 10.8 ton olan 2 ədəd və 5,5 ton tutumu olan 1 ədəd çənin yerləşdirilərək kustar üsulla, heç bir yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl olunmadan benzin və dizel yanacağının satışının həyata keçirildiyi aşkar olunub.
Göstərilən nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratması səbəbindən çənlərdə saxlanılan asan alışan mayelər oradan kənarladırılmaqla, obyektdə işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Qərar qəbul edilib, qeyd olunan asan alışan mayelərin qanunvericiliyin tələblərinə uyğun olaraq maddi dəlil kimi götürülməsi təmin edilib.
Həmçinin, qanunvericiliklə nəzərdə tutulan qaydada razılaşdırılmadan inşaat işlərini aparan və icazəsi olmadan yanğın təhlükəli şəraitdə asan alışan mayelərin satışını həyata keçirən ərzaq məhsullarının pərakəndə satışı mağazasının sahibi Məmmədov Elşən Bəxtiyar oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati iş açılıb.
-
Sosial16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər
-
Sosial15:55Pensiya alanların nəzərinə
-
Rəsmi xronika14:52İlham Əliyev məktəbəqədər təhsillə bağlı fərman imzaldı
-
Nida Təhlil 14:42İranda "perestroyka" başladı: Pişiyin rənginin əhəmiyyəti yoxdur, yetər ki...
-
Sosial13:09İlham Əliyev sərəncam imzaladı
-
Region13:02Ermənistanda sabiq deputat da saxlanıldı: Paşinyanı hədələdi
-
Rəsmi xronika12:45İlham Əliyevin kabinetindəki yeganə heykəl... - Kimdən yadigardır? - FOTO
-
Dünya12:16SEPAH bu ölkədə gizli hücrələr yaradıb, hücumlar təşkil edib - İfşa olundu


































