Sosial
Qarabağda və Zəngəzurda kazinolar açılsın - Deputatdan TƏKLİF
Azərbaycanın coğrafi mövqeyi imkan verir ki, Azərbaycanda əyləncə və azart oyunları turizmi inkişaf eləsin. Bu da bir turizm növü kimi qanuna daxil edlsin. Əgər kazinoların açılmasına icazə verilsə, həm qonşu Türkiyədən, İrandan, digər müsəlman ölkələrindən, xüsusilə də Yaxın Şərqdən, ərəb ölkələrindən çoxsaylı turst cəlb etmək mümkündür”.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Millət vəkili deyib ki, bu məsələni dəfələrlə qaldırıb: “Məsələn, Rusiyada 4 bölgədə kazinoların yaradılmasına icazə verilib. Azərbaycanda da Qarabağda, Zəngəzurda belə bi kazinoların açılmasına imkan vermək olar. Yaxud keçmiş Nargin adası var. Bakıdan 10 kilometr məsafədə yerləşir. Təyyarə ilə Bakıya enəndə görürük ki, bu ada kifayət qədər böyük bir ərazidir. 1,4 kvadrat kilometrlik ərazi olsa da, tam istifadəsiz qalıb. Xaricdən investorlar cəlb edib, orada kazinoların açılmasına imkan yaratmaq olar. Qanunların qəbul olunması ilə əlbəttə biz bu sahədə ciddi normalr tətbiq etməklə nizam-intizam yaratmalı, münsibətləri tənzimləməliyik. Amma Azərbaycana turist axının cəlb etmək üçün xidmət sferası, burada işin təşkili, xidmətin səviyyəsi yüksəldilməldiir. Bunun üçün də həmin xidmət sferasında çalışan şəxslər ingilis dilini bilməlidirlər. Azərbaycanda rus dii geniş yayılıb. Bundan istifadə edərək vətəndaşlarımız keçmiş sovet respublikalarının vətəndaşları ilə sərbəst ünsiyyət qura bilirlər.
Amma xarici dillərin öyrədilməsi yetərli deyil. Bunun üçün xüsusi dövlət proqramı qəbul olunmalıdır. Xüsusilə də ingilis dilinin öyrənilməsi üçün xüsusi dövlət proqramı qəbul olunmaldır ki, biz bunun vasitəsilə həm turistləri cəlb edək, həm də dünya elminə, mədəniyyətinə çıxış əldə etmək imkanlarımız olsun".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
