Daha 50 şəhid ailəsi və müharibə əlili mənzillə təmin edildi - FOTOLAR
Bizi izləyin

Sosial

Daha 50 şəhid ailəsi və müharibə əlili mənzillə təmin edildi - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün daha 50 mənzil şəhid ailələri və müharibə əlillərinə verilib.

Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.

4 saylı DOST Mərkəzində mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını vurğulayıb.

Nazir bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasəti, sosial sahəyə böyük qayğısı 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilir. Bunun nəticəsidir ki, ötən 18 ildə Azərbaycan bütün sahələrdə mühüm tarixi nailiyyətlər əldə edib. 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi isə tariximizə şanlı qəhrəmanlıq salnaməsi kimi yazılıb.

Prezident İlham Əliyevin uğurlu siyasətinin sosial sahədə də ardıcıl uğurları, sosial inkişaf istiqamətində mühüm irəliləyişləri təmin etdiyini vurğulayan S.Babayev ötən 18 ildə Azərbaycanın əldə etdiyi sosial nailiyyətləri diqqətə çatdırıb.

Sosial ödənişlərdə mütəmadi olaraq ciddi artımlar edildiyini, xüsusilə son 3 ildə dövlət başçısının təqdim etdiyi inqilabi sosial paketlər çərçivəsində bu ödənişlərin orta hesabla 2,5 dəfə artdığını, sosial ödənişlər üzrə xərclərdə son 3 ildə 60% və ya 2,4 milyard manat artım olduğunu qeyd edib. Habelə ölkəmizdə çoxsaylı reabilitasiya və sosial xidmət müəssisələrinin yaradılaraq işə salındığını bildirib.

Şəhid ailələri və müharibə əlillərinin dövlət başçısının xüsusi qayğısı ilə əhatə olunduğunu vurğulayan nazir diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı bu il 5 dəfə genişlənib.

2021-2025-ci illərdə daha 11 min, o cümlədən 2021-ci ildə 3 min mənzil və fərdi evin şəhid ailələri və müharibə əlilinə verilməsi nəzərdə tutulub. Bu il artıq 2800, ümumən ötən dövrdə isə 12 min şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib.

S.Babayev Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə iştirakçıları, erməni terrorundan zərər çəkənlər daxil olmaqla 40 min insanın sosial dəstəklə əhatə olunduğunu, onlara dəstək yönümlü 46 min xidmətin göstərildiyini deyib. Qeyd edib ki, dövlət başçısının Fərmanları isə növbəti dəfə olmaqla 2021-ci ilin əvvəlindən şəhid ailələri, müharibə əlilləri üçün Prezidentin aylıq təqaüdü orta hesabla 50 faiz, bəzi istiqamətlər üzrə 100 faizə yaxın artırılıb. Həmçinin Milli Qəhrəmanlar üçün təqaüd 1500 manatdan 1800 manata çatdırılıb. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdü (2000 manat) təsis edilib.

Yeni mənzillə təmin edilən vətəndaşlar, o cümlədən Azərbaycanın Mili Qəhrəmanı Yusif Əliyevin atası Əliyusif Əliyev, şəhid Nicat Nəbiyevin anası Əfsanə Əbülfətova, Vətən müharibəsi əlili Taleh Aşurov dövlət başçısının şəhid ailələrinə, müharibə əlillərinə, digər həssas qruplara diqqət və qayğısından, bu kateqoriyalardan olan vətəndaşların sosial dəstəklə əhatə edilmələri, rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlərdən razılıqla söz açıblar.

Onlar göstərilən diqqət və qayğıya, bu gün müasir tələblərə uyğun yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm