Sosial
Şəhid övladları üçün bayram tədbiri keçirildi - FOTO
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi 2-ci Qarabağ müharibəsi dövründə müharibə iştirakçılarına, qazilərimizə və şəhidlərimizə hər zaman diqqət və qayğını davam etdirməkdədir.
Publika.az xəbər verir ki, bu istiqamətdə olan növbəti layihə Yeni il və dünya Azərbaycanlıların həmrəyliyi günü bayramları münasibətilə Şəhid övladları üçün təşkil edilən bayram şənliyi olub.
Tədbirin keçirilməsində əsas məqsəd uşaqların asudə vaxtlarının səmərəli şəkildə keçirilməsi, onlar üçün əlamətdar günlərdə bayram tədbirlərinin təşkil olunması, cəmiyyətin onların hər zaman yanında olduğunu göstərmək, xalqımızın hər zaman həmrəylik dəyərlərinə sadiq olduğunu nümayiş etdirməkdir.
Müxtəlif istiqamətlərdə fəaliyyət göstərən qurumaların və qadın sahibkarların dəstəkləri ilə keçirilən tədbirdə 15 ailədən olan 25 şəhid övladları üçün müxtəlif əyləncələr, yarışlar və oyunlar keçirilmişdir. Tədbirin ilk hissəsində “Barbarisso” Uşaq Gözəllik mərkəzi tərəfindən iştirakçıların saç kəsimi və digər bəzək işləri aparılmış, daha sonra əyləncə tədbiri təşkil olunmuşdur. Tədbirin sonunda şəhid övladının hər birinə hədiyyələr verilib.
Ümumilikdə bayram tədbirinin keçirilməsi istiqamətində aşağıda qeyd olunan bir sıra şirkətlər və sahibkarlar dəstək olub:
AQSİA və onun üzvləri
“Barbarisso” uşaq salonu
“Sirius” futbol komandası
“Bigben” uşaq bağçası
“HAK Media” şirkəti
“Unity Company” şirkəti
“Mini banbini” bağçası
“Flanel” qadın geyim mağazası
“Ləzzət” şirniyyat evi
“Lepka art” şirkəti
“Karvan L” şirkəti
“Miras” qızıl şirkəti
“Sultan Səba” şirkəti
Müxtəlif sahələrdə fəaliyyət göstərən qadın sahibkarlar.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)




















.jpg)

.jpg)