Sosial
İdman tərzində yeni məktəbli formaları tikiləcək
Azərbaycanda idman tərzində yeni məktəbli formaları istifadəyə verilə bilər.
Publika.az xəbər verir ki, Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva Trend-ə açıqlamasında yeni məktəbli geyimləri barədə təkliflər irəli sürdüklərini bildirib.
O qeyd edib ki, təkliflər artıq Nazirlər Kabinetinə göndərilib:
“Nazirlər Kabinetinə məktəbli formalarının necə olması ilə bağlı təkliflər göndərmişik. Uzun illərdir ki, orta məktəblərdə klassik formada geyimlərdən istifadə edilir. Lakin bir sıra ölkələrdə məktəblərdə idman tərzində geyim formalarına üstünlük verilir. Klassik geyimlər uşaqların istər-istəməz sıxılmasına səbəb olur. Biz istərdik ki, bu məsələ həllini tapsın. İdman üslubunda geyimlərin qiyməti də ailələr üçün münasib ola bilər, eyni zamanda uşaqların daha sərbəst hərəkət etməsinə imkan verər”.
Səkinə Babayeva məktəbli geyim formalarında Azərbaycan bayrağının rənglərindən istifadə edilməsini məqsədəuyğun hesab edir:
“Bayrağımızın rənglərindən olan mavi, qırmızı, yaşıl rənglərdən məktəbli formalarında istifadə edilməsi sevindirici hal olardı. Məsələn, qızlar üçün geyimlərdə qırmızı rəngdən istifadə oluna bilər. Eyni zamanda 44 günlük Vətən müharibəsində tarixi zəfərimizi tərənnüm edən çalarlar olsun. Düşünürəm ki, məktəbli geyimlərinə sadəcə bir uniforma kimi baxmamalıyıq. Biz Azərbaycanda 1,7 milyona qədər şagirdin böyüməsini, təlim-tərbiyəsini nəzərə alaraq məktəbli geyimlərinin mənəvi çalarlarla dizayn edilməsi istiqamətində töhfə verməyə hazırıq”.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO










.jpg)



















.jpg)






.jpg)


