Sosial
Abşeronda Ağsaqqallar Şurasının konfransı keçirildi - FOTO
Bu gün Abşeron rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan konfransda Respublika Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili Eldar İbrahimov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və rayon ağsaqqalları iştirak edib. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər.
Publika.az xəbər verir ki, konfransda çıxış edən millət vəkili Eldar İbrahimov bildirib ki, Azərbaycan düşmən üzərində qələbə qazandıqdan sonra işğaldan azad edilən torpaqlarımızda böyük həcmli bərpa-quruculuq işləri aparılır.
Qeyd edilib ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində soydaşlarımız öz dədə-baba yurdlarına gözlənildiyindən daha tez qayıdacaqlar. Bu istiqamətdə surətli işlərin görüldüyünü, bütün lazimi tədbirlərin reallaşdırıldığını, zəruri addımların atıldığını önə çəkən millət vəkili əlavə edib ki, Azərbaycan Qoşulmama Hərəkatına üvz seçildikdən və quruma sədrlik etdikdən sonra böyük naliyyətlərə nail olunub. Belə ki, hazırda rəsmi Bakının təklifi ilə Hərakatın Parlament Şəbəkəsi yaradılır. Bu da ölkələr arasında əlaqələrin daha da inkişaf etməsinə səbəb olacaq.
Sonra Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayevin hesabat məruzəsi dinlənilib. Məruzəçi rayon ağsaqqallarının respublikamızın əldə etdiyi qələbənin, naliyyətlərin, torpaqlarımızın işğaldan azad olunmasının geniş təbliğ olunmasında iştirtak etdiyini və bu istiqamətdə əllərindən gələni əsirgəmədiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycanın 44 günlük Vətən Müharibəsində düşmən üzərində qazandığı tarixi qələbədən, ordumuzun göstərdiyi şücaətdən danışıb. İcra başçısı bildirib ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti, iradəsi və qətiyyətli qərarları sayəsində xalqımız düşmən üzərində tam qələbə qazanaraq öz dədə-baba torpaqlarına qovuşdu. Bununla da 30 illik vətən həsrətinə, düşmən işğalına son qoyuldu.
Abşeron rayonunda görülən işlərdən və bundan sonra həyata keçirilməli olan layihələr barəsində söz açan icra başçısı əhalinin surətli artımı nəticəsində rayon ərazisində ortaya çıxan məsələlər barəsində ətraflı məlumat verib. Rayonun problemlərinin dərindən araşdırıldığını vurğulayan Abdin Fərzəliyev onların həlli istiqamətində təkliflərin hazırlandığını qeyd edib.
Sonra çıxış edən ağsaqqallar hesabatı məqbul hesab edib.
Tədbirin sonunda xatirə şəkili çəkilib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
