Sosial
“Azərxalça”ya yeni TƏYİNAT
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iyulun 13-də verdiyi Sərəncamla Emin Əfəndiyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini təyin edilib.
Publika.az xəbər verir ki, Emin Əfəndiyev 1992-ci ildə Material Ehtiyatları Nazirliyi, “Azərtikinti Materialları” İdarəsində iş fəaliyyətinə başlayıb və 1996-cı ilədək mühəndis, 1-ci dərəcəli iqtisadçı, baş mühasibin müavini və baş mühasib vəzifələrində fəaliyyətini davam etdirib.
1996-2004-cü illər ərzində “Rossiyskiy Kredit” BKB Rusiya-Azərbaycan birgə Bankında mütəxəssis, şöbə müdiri, departament müdiri, İdarə Heyəti sədrinin müavini, İdarə Heyəti sədrinin birinci müavini və son 4 ildə İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
2004-2009-cu illərdə “AZAL” SKB (2008-ci ildə adını dəyişdirilərək “Silk Way” SKB olub) İdarə Heyəti sədrinin müavini, 2009-2015-ci illərdə “Kapital Bank” ASC-nin 1 saylı Binəqədi Filialı və Bankın 1 saylı Səbail filialının müdiri vəzifəsində işləyib.
2015-2018-ci illərdə “MBA-Moskva” Azərbaycan Beynəlxalq Bankın Rusiya Federasiyasının törəmə bankında İdarə Heyətinin sədri vəzifəsində iş fəaliyyətini davam etdirib.
2018-2021-ci illərdə “Azərpoçt” MMC-nin baş direktoru olub. 2021-ci ilin 12 oktyabrından etibarən “Azərxalça” ASC İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)


























.jpg)


