Sosial
Mehdiyevin çıxartdığı general DGK-ə sədr gəldi – DOSYE
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Şahin Bağırov Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib və sədrin səlahiyyətlərinin icrası ona tapşırılıb.
Publika.az xatırladır ki, Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov da vəzifəsini davam etdirir. Belə ki, Prezidentin fərmanı ilə DGK strukturunda dəyişiklik edilib və sədrin birinci müavinlərinin sayı 2-yə qaldırılıb.
Qeyd edək ki, Şahin Soltan oğlu Bağırov 12 yanvar 1965-ci ildə anadan olub. O, 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının Aqrar Sənaye Kompleks sistemində çalışıb.
1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlamış və Bakı Baş Gömrük İdarəsinin inspektoru, “Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb. Şahin Bağırov 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işi” fakültəsini bitirib və 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib. 2014-cü ilin yanvar ayından DGK sədrinin müavini təyin edilib.
2018-ci ilin iyulunda DGK-nın yeni sədri Səfər Mehdiyevin təqdimatı ilə Ş.Bağırov vəzifədən azad edilib.
Şahin Bağırov gömrük sistemindən çıxarılandan sonra bu günə qədər Əmlak Məsələləri Dövlət Xidmətində çalışıb.
(Axar.az)
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı










.jpg)


























.jpg)

.jpg)