Sosial
Strategiyada ƏSAS PRİORİTET əhalinin həssas qruplarına QAYĞIDIR - ekspert
“Qarşıdakı illərdə ölkədə qaziləri, əlilləri və şəhid ailələrini maraqlandıran sosial sığorta sisteminin tətbiqi genişləndiriləcək”.
Bu sozləri Publika.az saytına açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli "Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nı şərh edərkən bildirib.
İnkişaf Strategiyasında vacib bir neçə məsələnin həllinin nəzərdə tutulduğunu vurğulayan ekspertin sözlərinə görə, sənəddə əsas diqqət qazilərin, şəhid ailələrinin və cəmiyyətin digər həssas təbəqələrinin sosial təminatının yaxşılaşdırılmasına yönəldilib:
“Bütün vətəndaşlar üçün ədalətli və əhatəli sosial müdafiə sisteminin qurulması diqqətdə saxlanılıb. Burdan aydın olur ki, pensiyaçılar üçün effektiv yığım, əhalinin aztəminatlı qrupları üçün zəruri ehtiyacların ödənilməsi, əlilliyi olan şəxslər üçün sosial yardımların əlçatanlığını artıracaq. Bütün bunlarla yanaşı, pensiya sisteminin dayanıqlılığınin gücləndirilməsi, qaziləri, əlilləri və şəhid ailələrini maraqlandıran sosial sığorta sisteminin tətbiqinin genişləndirilməsi də prioritet olacaq”.
Ekspert onu da qeyd etdi ki, Azərbaycanda pensiyanın minimum məbləğinin minimum əmək haqqının 75-80 faizi səviyyəsində saxlanılması nəzərdə tutulub:
“Bu o deməkdir ki, əməkhaqqı artdıqca, pensiyaların məbləği də artacaq. Ümumiyyətlə, əgər proqramda ölkənin sosial-iqtisadi inkişafı, yəni, orta hesabla illik 3-4 faizlik artım məqsəd kimi qarşıya qoyulubsa, bu, əhalinin gəlirlərində də öz əksini tapacaq".
Rövşən Ziya
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)




















.jpg)

.jpg)